F

Facemark.az

Son tarix: 31 Avqust 2026

Qrafik Dizayner üzrə təcrübəçi

Dizayn və YaradıcılıqBakıTəcrübə31 İyul 2026130

Müsahibə əsasında

Vakansiya haqqında

İşin təsviri;

  • Sosial media və reklam materiallarının dizaynının hazırlanmasına dəstək olmaq
  • Hazırlanmış xüsusi dizayn konseptləri üzrə işlərin vahid stilistika üzrə davam etdirilməsi
  • Yeni dizayn trendlərinin araşdırılması və tətbiqi üzrə təkliflər vermək
  • Hazırlanmış dizaynların fərqli platformalar və ölçülər üzrə adaptasiyası
  • Bu sahə üzrə mütəmadi öz üzərində işləmə və yenilikləri tətbiq etmə

İş şərtləri:

  • Şəhərin mərkəzində rahat ofis 
  • Kompüter ilə təmin olunma
  • Mehriban və kreativ komanda mühiti
  • İş qrafiki: 09:00-18:00 (həftədə 5 gün) 
  • Təcrübəçinin yol və nahar xərcləri qarşılanır
  • Təcrübə müddəti 3 aylıqdır, təcrübə müddətini uğurla başa vurmuş namizədlər işə alınacaqdır.

Namizədə tələblər:

  • Qrafik dizayn sahəsinə maraq və öyrənmə istəyi
  • Süni İntellekt alətlərindən məlumatlı olma və istifadə bacarığı
  • Adobe Photoshop, Illustrator və digər dizayn proqramları ilə işləmək
  • Yaradıcılıq və kreativ düşüncə tərzi
  • Rəng və kompozisiya anlayışı
  • Təşəbbüskar olma və verilən tapşırıqlar üzrə daim təkliflər vermə

Təcrübə proqramı Sizə nə qazandıracaq?

  • Ölkənin iri miqyaslı biznes tədbirlərinin vizual konseptinin hazırlanmasında iştirak
  • Portfolionuzun professional formalaşması
  • Sektor üzrə geniş networking imkanı
  • Professional komandadan davamlı öyrənmə və tətbiq imkanı
  • Yeni ideyalara tam açıq olma və yeni ideyaların dəstəklənməsi
  • Kreativ və visual konseptlərin hazırlanmasında professional dəstək 

Müraciət üçün CV və portfolionuzu "Graphic Design Internship" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar