P
Predsol
Quraşdırma qrupunun rəhbəri
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Qrupun fəaliyyətini həftəlik və aylıq iş planlarına uyğun təşkil etmək, əməkdaşlar arasında iş bölgüsü aparmaq;
- Qaz sayğaclarının sökülməsi, quraşdırılması, dəyişdirilməsi və plomblaşdırılması işlərinə nəzarət etmək;
- Çilingər və qaynaqçıların işini əlaqələndirmək, işlərin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- Nəzarət-ölçü cihazlarının təmiri, sazlanması, sınağı, quraşdırılması və təhvil verilməsi prosesini təşkil etmək;
- Məlumatların toplanmasını və məsafədən ötürülməsini təmin edən avtomatik tənzimləmə qurğularının yoxlanılmasına və sazlanmasına nəzarət etmək;
- Sayğac dəyişdirilməsi üzrə aktlaşdırma məlumatlarının mobil tətbiq vasitəsilə planşetə və ya mobil cihaza tam və düzgün daxil edilməsini təmin etmək;
- Sayğac dəyişdirildikdən sonra ölçmə vasitələrinin işlək vəziyyətinin və mümkün qaz sızmalarının yoxlanılmasını təmin etmək;
- Görülmüş işlər üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və təqdim etmək;
- Aşkar olunmuş nasazlıqlar, qaz sızmaları, qəza riski və digər təhlükəli hallar barədə aidiyyəti şəxslərə dərhal məlumat vermək;
- İşlərin əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi tələblərinə uyğun aparılmasına nəzarət etmək;
- Qrupa təhkim olunmuş alət, avadanlıq və nəqliyyat vasitələrinin düzgün istifadəsini və qorunmasını təmin etmək.
Namizədə tələblər
- Müvafiq ixtisas sahəsi üzrə ali təhsil olduqda minimum 1 il, orta ixtisas təhsili olduqda minimum 2 il müvafiq iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- Müvafiq kompüter proqramları, planşet və mobil tətbiqlərlə işləmək bacarığı;
- Məişət qaz cihazlarının texniki istismar qaydalarını bilmək;
- Ölçmə vasitələrinin normativ tələblərə uyğun quraşdırılması qaydalarını bilmək;
- Qazın şəbəkəyə buraxılması, qaz avadanlığının şəbəkəyə qoşulması və montajı üzrə bilik;
- “Təbii qazdan istifadə Qaydaları”nı, qazdan təhlükəsiz istifadə üzrə təlimatları və qaz şəbəkələrinin təhlükəsiz istismarı qaydalarını bilmək;
- Komandanın idarə edilməsi, iş bölgüsü, operativ qərarvermə və hesabat hazırlamaq bacarığı;
- Məsuliyyətli, intizamlı, diqqətli və yüksək təşkilatçılıq qabiliyyəti.
Əlavə məlumat
- Servis şirkət tərəfindən təmin olunur.
- Əmək haqqı: razılaşma əsasında.
- İş qrafiki: həftənin 5 günü, 08:00–17:00 (əlavə iş saatları nəzərə alınır).
Tələblərə cavab verən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Quraşdırma qrupunun rəhbəri” mövzu başlığı ilə göndərə bilərlər.
Oxşar vakansiyalar
P
Bugün
Qaynaqçı
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Çilingər
Predsol • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Texniki işlər üzrə çertyojçu
Avrora • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Texnik
Company • Bakı
Tam Ştat
700 ₼Müraciət et
K
Dünən
Rəngsaz
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Dünən
AutoCAD üzrə Texniki Çertyoj Mütəxəssisi
Bestteknik MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et