K
KinderGarten
Receptionist (Qeydiyyatçı)
750 ₼
Vakansiya haqqında
Hürmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Qeydiyyatçı / Receptionist
Namizədə tələblər
- Yaş: 22-35
- Təhsil: Ali
- İş təcrübəsi: Bu sahədə təcrübəsi olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan və Rus (əla), İngilis dili (əla) - orta səviyyə
Şəxsi keyfiyyətlər
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla effektiv ünsiyyət qurmaq bacarığı
- Fikirlərini aydın, lakonik və inamla ifadə etmək bacarığı
- Yeni bilik və bacarıqları mənimsəməyə və inkişaf etdirməyə həvəsli olmaq
- Yeni iş mühitinə və kollektivə tez uyğunlaşaraq komandanın bir hissəsi olmaq bacarığı
- Gülərüz, səbirli, emosional cəhətdən sabit və stresə davamlı olmaq
- Uşaqlara sevgi və diqqətlə yanaşmaq
Əsas vəzifə öhdəlikləri
- Mərkəzə daxil olan valideynləri, uşaqları və qonaqları qarşılamaq, yönləndirmək
- Zəngləri cavablandırmaq və lazımi şəxslərə yönləndirmək
- Valideynlərlə mütəmadi, nəzakətli və keyfiyyətli ünsiyyətdə olmaq
- Daxil olan sorğuları, qeydiyyatları və sənədləşmə işlərini icra etmək
- Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək
İş şərtləri
- İş vaxtı: 08:00 – 19:00
- İş günü: 5/2 (şənbə və bazar günləri, dövlət bayramları qeyri-iş günləridir)
- Əmək haqqı: 750 AZN - 800 AZN
Məlumatlandırıcı qeydlər
- Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədəuyğundur
- CV formasında əsas məlumatları lakonik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin surətinin göndərilməsinə ehtiyac yoxdur
- İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV'lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərmələri və e-mailin mövzu hissəsində mütləq "Qeydiyyatçı / Receptionist" qeyd etmələri xahiş olunur.
Oxşar vakansiyalar
A
Bugün
Resepşn
Azərmemarlayihə DBLİ • Bakı
Tam Ştat
800 ₼Müraciət et
B
Bugün
Müştəri Xidmətləri üzrə Mütəxəssis (Call Center)
Baku Holiday Travel • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
12 Avqust 2026
Reception (xanım)
REA Group • Bakı
Tam Ştat
500 ₼Müraciət et
S
11 Avqust 2026
Resepşn (Sumqayıt)
STP-BTECH • Sumqayıt
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
11 Avqust 2026
Operator
Displey and Stend • Bakı
Tam Ştat
400 ₼Müraciət et
T
11 Avqust 2026
Çağrı Mərkəzi Operatoru (Part time)
Texno Home • Bakı
Yarım Ştat
500 ₼Müraciət et