1200 ₼
Vakansiya haqqında
Sahibkarların İnformasiya Mərkəzi sahibkarlıq sahəsinə yönəlmiş yeni media qurumu olaraq komandamıza peşəkar və məsuliyyətli redaktor axtarır.
İş qrafiki: 5 günlük iş həftəsi
Əmək haqqı: 1200–1500 AZN
Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Biznes Mərkəzi.
Şəkilli "CV"-nizi mövzu yerinə "Redaktor" yazaraq elektron poçt ünvanına göndərməyiniz xahiş olunur ([email protected]).
Tələblər:
Xanım namizəd (25–40 yaş)
Jurnalistika, filologiya və ya uyğun sahə üzrə ali təhsil arzuolunandır
Minimum 1–3 il müvafiq iş təcrübəsi
Azərbaycan dilində mükəmməl yazı və redaktə bacarığı
Analitik düşüncə və xəbərlərlə işləmə bacarığı
Müsahibə götürmək və sual hazırlamaq bacarığı
Operativlik və məsuliyyətlilik
Komanda ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Sahibkarlıq və biznes sahəsinə aid gündəlik xəbərlərin hazırlanması, redaktə edilməsi və yayıma hazırlanması
Dövlət qurumları, sahibkarlar və digər aidiyyəti şəxslərlə əlaqə saxlayaraq müsahibələrin təşkili və keçirilməsi
Müsahibə mətnlərinin hazırlanması, strukturlaşdırılması və redaktəsi
Saytda paylaşılacaq kontentin planlaşdırılması və gündəlik paylaşım prosesinin koordinasiyası
Mövzu seçimi, xəbər prioritetlərinin müəyyənləşdirilməsi və kontent strategiyasına dəstək
Dərc olunan materialların keyfiyyətinə, dil və üslubuna nəzarət
Komanda daxilində tapşırıqların bölüşdürülməsi və icrasına nəzarət (ehtiyac olduqda)
Gündəlik informasiya axınının izlənməsinin və operativ reaksiya verilməsinin təşkili
Sosial və iqtisadi gündəmlə bağlı aktual mövzuların müəyyənləşdirilməsi və işıqlandırılması.
Oxşar vakansiyalar
Sosial media meneceri
Admiral • Bakı
Jurnalist (TV)
Baku Tv • Bakı
Freelance jurnalist
Global Media • Bakı
İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
Aqrar Tədarük və Təchizat • Bakı
Sosial media meneceri
Ishesabi • Bakı
Sosial Media meneceri
Admiral • Bakı