R

Radius

Son tarix: 21 Noyabr 2026

Rəhbər Sürücüsü - Radius (Bakı, 2026)

Logistika və TəchizatBakıTam Ştat21 Oktyabr 202677

800 ₼

Vakansiya haqqında

Radius Təkər Mərkəzi komandamıza məsuliyyətli, intizamlı, punktual və peşəkar korporativ sürücü axtarır.

Korporativ sürücü şirkət rəhbərliyinin və əməkdaşlarının işgüzar gediş-gəlişlərini təmin edəcək, şirkətin qonaq və tərəfdaşlarının qarşılanması və transferini həyata keçirəcək, həmçinin gündəlik iş prosesində sənəd və digər zəruri materialların çatdırılmasına cavabdeh olacaq.

Namizədə tələblər:

  • Kişi, 25–40 yaş;
  • Orta təhsil;
  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Minimum 3–5 il sürücülük təcrübəsi;
  • Mexaniki sürətlər qutusu olan avtomobili sərbəst idarə etmək bacarığı;
  • Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq;
  • Azərbaycan və rus dillərində səlis danışıq;
  • Yol hərəkəti qaydalarını mükəmməl bilmək və təhlükəsiz sürücülük vərdişlərinə sahib olmaq;
  • Səliqəli xarici görünüş və işgüzar ünsiyyət bacarığı;
  • Korporativ etikaya və məxfiliyə riayət etmək;
  • Məsuliyyətli, diqqətli, punktual və çevik olmaq;
  • Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək.

Əsas vəzifələr:

  • Şirkət rəhbərliyinin və əməkdaşlarının zəruri hallarda işgüzar gediş-gəlişlərinin təhlükəsiz və vaxtında təmin edilməsi;
  • Şirkətin xarici qonaq və tərəfdaşlarının hava limanında qarşılanması, otelə, ofisə, görüşlərə və digər təyin olunmuş ünvanlara çatdırılması;
  • Qonaqların səfər proqramına uyğun olaraq şəhərdaxili transferlərin həyata keçirilməsi;
  • Müxtəlif ünvanlara sənədlərin, korrespondensiyanın və zəruri materialların çatdırılması və götürülməsi;
  • Verilən marşrut və gündəlik tapşırıqlar üzrə operativ hərəkətin təmin edilməsi;
  • İstifadə olunan avtomobilin təmizliyinə, texniki sazlığına və ümumi vəziyyətinə gündəlik nəzarət edilməsi;
  • Avtomobilin təhlükəsiz idarə olunması və qorunub saxlanılması;
  • Zəruri hallarda iş fəaliyyəti ilə bağlı digər sürücü və logistika tapşırıqlarının yerinə yetirilməsi.

İş şərtləri:

  • İş saatı: 09:00–18:00
  • İş qrafiki: Həftənin 6 günü (şənbə - qısa iş günü), istirahət günü – bazar
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • İş yeri: Babək pr., M.H. Kazımov küç. 8
  • Əmək haqqı: 800 AZN

CV-nizi mövzu hissəsində “Korporativ sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə - 0774380444

Oxşar vakansiyalar