Sinteks Group of Companies
Rəqəmsal Marketinq Meneceri
Müsahibə əsasında
Vakansiya haqqında
Sinteks Şirkətlər Qrupu “Rəqəmsal Marketinq Meneceri” axtarır!
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.
Vəzifənin Xülasəsi:
-
Rəqəmsal Marketinq Meneceri, satışları artırmaq, onlayn əlaqəni gücləndirmək, veb trafik və rəqəmsal icma formalaşdırmaq məqsədilə rəqəmsal marketinq strategiyalarının hazırlanması və tətbiqinə cavabdehdir. O, şirkətə məxsus bütün rəqəmsal və sosial media platformalarında məzmunun keyfiyyəti, miqdarı və ardıcıllığını təmin edir, rəqəmsal performans üzrə hesabatların hazırlanmasına nəzarət edir və marketinq texnologiyalarının tətbiqini təşviq edir. Həmçinin rəqəmsal aktivlərə dair idarəetməni həyata keçirir, bütün səhifə, hesab və məzmunların şirkətin standart və brend kimliyinə uyğunluğunu təmin edir.
Vəzifənin təsviri
Rəqəmsal Strategiya və Tətbiq:
- Onlayn görünürlüğü artırmaq, əlaqəni və konversiyanı (satışları) gücləndirmək və ümumi rəqəmsal təsiri artırmaq üçün genişmiqyaslı rəqəmsal marketinq strategiyaları hazırlamaq və icra etmək;
- Axtarış metodlari , sosial media / AdTech və e-mail marketinq platformaları daxil olmaqla müxtəlif kanallar üzrə rəqəmsal kampaniyaları planlaşdırmaq və idarə etmək;
- Sosial media səhifə və hesablarını idarə edən bir neçə sosial media administratoru üçün işin həcmini müəyyənləşdirmək və onlara rəhbərlik etmək.
Məzmun Hazırlığı və Rəqəmsal İdarəetmə:
- Bütün rəqəmsal və sosial platformalarda yüksək keyfiyyətli məzmun yaradılması və kurasiyasını təmin etmək;
- Rəqəmsal kampaniyalar üzrə KPI göstəricilərini ölçmək üçün panel və hesabat sistemləri hazırlamaq, rəqiblərin araşdırılmasını aparmaq və rəqəmsal performansı yaxşılaşdırmaq üçün tövsiyələr təqdim etmək;
- Veb saytlar, sosial media səhifələri və digər onlayn platformalar daxil olmaqla bütün rəqəmsal aktivlərin idarə olunmasına nəzarət etmək, brend kimliyinə uyğun məzmun ardıcıllığını təmin etmək.
Marketinq Texnologiyalarının Tətbiqi:
- Rəqəmsal marketinq proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq məqsədilə marketinq avtomatlaşdırma vasitələri və kommunikasiya texnologiyalarını araşdırmaq, tövsiyə etmək, tətbiq etmək və idarə etmək;
- Marketinq komandası üçün rəqəmsal alətlərin, texnologiyaların və platformaların effektiv istifadəsi üzrə təlim və dəstək göstərmək;
- Rəqəmsal marketinq sahəsindəki son tendensiyalar, vasitələr və yaxşı təcrübələrlə gündəmdə qalmaq və şirkətin rəqəmsal rəqabətliliyini təmin etmək.
Tələblər
Təhsil:
- Marketinq, Rəqəmsal Media, Kommunikasiya, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
- Rəqəmsal marketinq, sosial media idarəçiliyi, marketinq avtomatlaşdırması və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent).
Peşəkar Təcrübə:
- Rəqəmsal marketinq sahəsində minimum 5 il iş təcrübəsi, bunun azı 2 ili rəhbərlik səviyyəsində olmalıdır;
- Rəqəmsal marketinq kampaniyalarının və onlayn cəlbetmə təşəbbüslərinin uğurla idarə edilməsi üzrə sübut olunmuş təcrübə;
- Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür.
Əsas Bacarıqlar:
- Rəqəmsal marketinq strategiyaları, alətləri və tətbiq sahəsində güclü anlayış;
- Məzmun idarəetmə sistemləri, sosial media platformaları və marketinq avtomatlaşdırma vasitələri üzrə bacarıq;
- Əla layihə idarəetməsi və təşkilati bacarıqlar;
- Analitik təfəkkür, məlumatların təhlili və onlardan praktik nəticələr çıxarma bacarığı;
- Yaradıcı düşüncə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Balique • Bakı
Satış Məsləhətçisi (Xankəndi)
Kontakt Home • Xankəndi
Satış Meneceri
Mutfakçı Mobilya • Bakı
Merçendayzer
KMR Group • Bakı
Motokuryer
Superfon • Bakı
Sales representative
EDS Care Sağlık Turizm A.Ş • Bakı