S

Sinteks Group of Companies

Son tarix: 3 Avqust 2026

Rəqəmsal Marketinq Meneceri

Marketinq və SatışBakıTam Ştat3 İyul 202650

Müsahibə əsasında

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Bakı, Azərbaycan

Vəzifənin təsviri

Rəqəmsal Strategiya və Tətbiq:

  • Onlayn görünürlüğü artırmaq, əlaqəni və konversiyanı (satışları) gücləndirmək və ümumi rəqəmsal təsiri artırmaq üçün genişmiqyaslı rəqəmsal marketinq strategiyaları hazırlamaq və icra etmək;
  • Axtarış metodlari , sosial media / AdTech və e-mail marketinq platformaları daxil olmaqla müxtəlif kanallar üzrə rəqəmsal kampaniyaları planlaşdırmaq və idarə etmək;
  • Sosial media səhifə və hesablarını idarə edən bir neçə sosial media administratoru üçün işin həcmini müəyyənləşdirmək və onlara rəhbərlik etmək.

Məzmun Hazırlığı və Rəqəmsal İdarəetmə:

  • Bütün rəqəmsal və sosial platformalarda yüksək keyfiyyətli məzmun yaradılması və kurasiyasını təmin etmək;
  • Rəqəmsal kampaniyalar üzrə KPI göstəricilərini ölçmək üçün panel və hesabat sistemləri hazırlamaq, rəqiblərin araşdırılmasını aparmaq və rəqəmsal performansı yaxşılaşdırmaq üçün tövsiyələr təqdim etmək;
  • Veb saytlar, sosial media səhifələri və digər onlayn platformalar daxil olmaqla bütün rəqəmsal aktivlərin idarə olunmasına nəzarət etmək, brend kimliyinə uyğun məzmun ardıcıllığını təmin etmək.

Marketinq Texnologiyalarının Tətbiqi:

  • Rəqəmsal marketinq proseslərini avtomatlaşdırmaq və optimallaşdırmaq məqsədilə marketinq avtomatlaşdırma vasitələri və kommunikasiya texnologiyalarını araşdırmaq, tövsiyə etmək, tətbiq etmək və idarə etmək;
  • Marketinq komandası üçün rəqəmsal alətlərin, texnologiyaların və platformaların effektiv istifadəsi üzrə təlim və dəstək göstərmək;
  • Rəqəmsal marketinq sahəsindəki son tendensiyalar, vasitələr və yaxşı təcrübələrlə gündəmdə qalmaq və şirkətin rəqəmsal rəqabətliliyini təmin etmək.

Tələblər

Təhsil:

  • Marketinq, Rəqəmsal Media, Kommunikasiya, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi, və ya
  • Rəqəmsal marketinq, sosial media idarəçiliyi, marketinq avtomatlaşdırması və ya əlaqəli sahələr üzrə beynəlxalq peşəkar sertifikat (məsələn, CIM, PCM, CDMP və ya ekvivalent).

Peşəkar Təcrübə:

  • Rəqəmsal marketinq sahəsində minimum 5 il iş təcrübəsi, bunun azı 2 ili rəhbərlik səviyyəsində olmalıdır;
  • Rəqəmsal marketinq kampaniyalarının və onlayn cəlbetmə təşəbbüslərinin uğurla idarə edilməsi üzrə sübut olunmuş təcrübə;
  • Moda pərakəndə satışı və ya istehlakçı yönümlü sahələrdə iş təcrübəsi üstünlükdür.

Əsas Bacarıqlar:

  • Rəqəmsal marketinq strategiyaları, alətləri və tətbiq sahəsində güclü anlayış;
  • Məzmun idarəetmə sistemləri, sosial media platformaları və marketinq avtomatlaşdırma vasitələri üzrə bacarıq;
  • Əla layihə idarəetməsi və təşkilati bacarıqlar;
  • Analitik təfəkkür, məlumatların təhlili və onlardan praktik nəticələr çıxarma bacarığı;
  • Yaradıcı düşüncə, problem həll etmə, effektiv kommunikasiya və komanda ilə əməkdaşlıq bacarığı.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar