A
Aqrar İnnovasiya və Təchizat Şirkəti
Rəqəmsal Məhsul və Marketinq Meneceri
Müsahibə əsasında
Vakansiya haqqında
Namizədə olan tələblər:
- Marketinq, digital və ya məhsul idarəetməsində ən azı 5 il təcrübə;
- Mobil tətbiq və ya veb məhsulun idarəsində iştirak (Product Owner, Product Manager və ya layihə meneceri kimi);
- Agile/Scrum ilə işləmək təcrübəsi üstünlükdür, Jira və ya Bitrix24 kimi alətlərdən istifadə;
- Digital marketinq alətləri ilə işləmək bacarığı: Meta Ads, Google Ads, Google Analytics;
- Büdcə planlaması üzrə təcrübə və analitik düşüncə;
- Azərbaycan və ingilis dili biliyi, rus dili biliyi üstünlükdür;
- Müstəqil işləmək və bir neçə layihəni eyni vaxtda aparmaq bacarığı.
Vəzifə öhdəlikləri:
- Tətbiqin inkişaf strategiyasını və yol xəritəsini (roadmap) hazırlamaq, rəhbərliklə razılaşdırmaq;
- Biznes ehtiyaclarını və istifadəçi tələblərini toplamaq, onları texniki tapşırıqlara çevirmək;
- Product backlog-u idarə etmək və biznes dəyərinə görə prioritetləşdirmək;
- IT komandası və ya xarici developerlərlə planlama, qəbul və buraxılış proseslərini aparmaq;
- Yeni funksiyaları test etmək, qəbul etmək və istifadəyə vermək;
- Məhsul KPI-larını (aktiv istifadəçi sayı, konversiya, retention, tətbiq reytinqi) izləmək və nəticəyə görə təkmilləşdirmə təklif etmək;
- İstifadəçi rəylərini, bazarı və rəqib məhsulları araşdırmaq;
- Sərgi və tədbirlərdə iştirak, PR və media əlaqələrinə nəzarət, sosial şəbəkə hesabatlarının idarəsi və kontent planı;
- Marketinq kampaniyalarını planlaşdırmaq, keçirmək və nəticəsini (ROI) ölçmək;
- Brendbukun tətbiqinə nəzarət;
- Müştəri bazasının seqmentləşdirilməsi, avtomatik kommunikasiya (SMS, e-mail, push), satış komandası ilə lead axını;
- İllik marketinq təqvimini və büdcəsini hazırlamaq, xərclərə nəzarət etmək;
- Aylıq hesabatların hazırlanması (kanallar üzrə nəticə, lead dəyəri, ROI);
- Satış, IT, maliyyə və hüquq şöbələri ilə koordinasiya işlərinin aparılması.
İş şərtlərimiz:
- Əmək haqqı: müsahibə əsasında;
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 08:30-17:30;
- İş yeri: Çinarpark Biznes Mərkəzi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Rəqəmsal Məhsul və Marketinq Meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
T
Bugün
Konstruktor Satıcı (Korporativ Satış üzrə Mütəxəssis — Texniki Profil)
TVİM • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
D
Bugün
Менеджер по корпоративным продажам Canon
DiVi Corporation • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
B
Bugün
Biznesə dəstək şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Bank Respublika ASC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Part-time Promouter (Xanım)
Around Group • Bakı
Yarım Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
CRM koordinator
Caspian Energy Club • Bakı
Təcrübə
500 ₼Müraciət et
S
Bugün
Rieltor
Saray Group MMC • Bakı
Tam Ştat
400 ₼Müraciət et