N
NK Media MMC
Rəqəmsal Platformalar üzrə Brend Meneceri
500 ₼
Vakansiya haqqında
NK Media rəqəmsal musiqi industriyasında fəaliyyət göstərən komandamıza Rəqəmsal Platformalar və Brend Meneceri axtarır.
- Əməkhaqqı: 500–1200 AZN (namizədin bilik və təcrübəsinə uyğun müəyyən edilir);
- Peşəkar inkişaf və musiqi industriyasında praktiki təcrübə imkanı;
- Beynəlxalq rəqəmsal musiqi platformaları ilə işləmək imkanı;
- Uzunmüddətli əməkdaşlıq və inkişaf perspektivi.
Biz yalnız verilən tapşırıqları yerinə yetirən deyil, araşdırma aparan, yeni ideyalar təklif edən və NK Media-nın rəqəmsal musiqi industriyasında daha güclü brend kimi formalaşmasına töhfə vermək istəyən əməkdaş axtarırıq.
Tələblər:
- Rəqəmsal platformalar və internet xidmətləri ilə sərbəst işləmək bacarığı;
- Spotify, Apple Music, Deezer, Amazon Music, Yandex Music və digər musiqi platformaları haqqında anlayış;
- Musiqi industriyasına və rəqəmsal distribusiyaya maraq;
- İngilis dilində platforma interfeysləri, dəstək xidmətləri və yazışmalarla işləyə biləcək səviyyədə bilik;
- İnternetdə effektiv araşdırma aparmaq və qarşıya çıxan problemlərin həllini tapmaq bacarığı;
- Kompüterdən sərbəst istifadə;
- Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
- Yeni sistem və platformaları sürətli öyrənmək bacarığı;
- Brend təqdimatı və korporativ görünüşə diqqət.
Spotify for Artists, Apple Music for Artists, Musixmatch, Genius və ya musiqi distribusiya sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Spotify, Apple Music, iTunes, Deezer, Amazon Music, Yandex Music və digər rəqəmsal musiqi platformalarında artist profillərinin idarə olunması;
- Spotify for Artists, Apple Music for Artists və digər artist idarəetmə panelləri ilə işləmək;
- Artist profillərinin yaradılması, təsdiqlənməsi, optimallaşdırılması və məlumatların daim aktual saxlanılması;
- Artist şəkilləri, bioqrafiya və digər profil məlumatlarının əlavə və redaktə edilməsi;
- Mahnı sözlərinin (lyrics) Musixmatch, Genius və digər uyğun xidmətlər vasitəsilə rəqəmsal platformalarda yerləşdirilməsi və düzgünlüyünə nəzarət;
- Yeni relizlərin Spotify, Apple Music, Deezer, Amazon Music, Yandex Music və digər platformalarda düzgün yerləşdirilməsinin yoxlanılması;
- Yanlış artist profilinə düşən relizlər, profil birləşdirmələri və digər platforma problemlərinin araşdırılması və həlli;
- NK Media-nın rəqəmsal platformalardakı korporativ görünüşünün inkişaf etdirilməsi;
- NK Media-nın LinkedIn səhifəsinin qurulması və peşəkar şəkildə idarə edilməsi;
- Şirkətin rəsmi veb-saytındakı məlumatların aktuallığına və düzgün təqdimatına nəzarət;
- Şirkətin internetdə vahid və peşəkar brend kimi təqdim olunması istiqamətində işlərin görülməsi;
- Musiqi industriyasındakı yeni rəqəmsal platformaların, alətlərin və imkanların araşdırılması və şirkət üçün tətbiq oluna biləcək yeniliklərin təklif edilməsi.
Oxşar vakansiyalar
E
Bugün
Əmlakçı
EMGROUP • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
Satış meneceri
Baklava Bakery Pastry • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Bugün
Assistent
Proqressiv Psixologiya Mərkəzi • Bakı
Tam Ştat
—Müraciət et
W
Bugün
Satış təmsilçisi
Wraym • Bakı
Tam Ştat
700 ₼Müraciət et
W
Bugün
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Wraym • Bakı
Tam Ştat
550 ₼Müraciət et
K
Bugün
Satış məsləhətçisi (Mebel)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et