E

Esim Pro MMC

Son tarix: 1 Oktyabr 2026

Rəqəmsal Reklam üzrə Performance Marketing Mütəxəssisi

Marketinq və SatışBakıRemote31 Avqust 202642

1000

Vakansiya haqqında

Əsas şərt:

Namizəd əvvəlki və ya mövcud layihələrində əldə etdiyi nəticələri real rəqəmlərlə göstərə bilməlidir.

Xüsusilə Meta, Google və TikTok platformalarında digər müştərilər üçün Download-ları hansı qiymətə əldə etdiyi, hansı ölkələrdə və hansı büdcələrlə işlədiyi barədə real nəticələr təqdim etməlidir.

 

İş formatı:

İş tamamilə remote (uzaqdan) formatdadır

Verilən tapşırıqlar vaxtında və tam şəkildə icra edilməlidir

Reklam kampaniyaları daim nəzarətdə saxlanılmalıdır

Zəruri hallarda reklamlara operativ müdaxilə etmək tələb olunur

Telefon zənglərinə və mesajlara operativ cavab vermək vacibdir

Səbəbsiz şəkildə əlaqəsiz qalmaq, mesaj və zənglərə cavab verməmək və tapşırıqları vaxtında yerinə yetirməmək əməkdaşlıq qaydalarının pozulması hesab ediləcək

Bu halların təkrarlanması əməkdaşlığa xitam verilməsi ilə nəticələnəcək

Əmək haqqı və əməkdaşlıq forması:

Bu vəzifə üçün yüksək əmək haqqı təklif olunur. Namizəd bütün diqqətini reklam nəticələrinin effektivliyinə yönəltməli, xüsusilə Download qiymətlərinin artmasının qarşısını vaxtında almalıdır.

Ödəniş namizədin təcrübə və nəticələrinə əsasən müəyyən olunacaq və xidmət müqaviləsi əsasında həyata keçiriləcək.

 

Vacib qeyd:

Təcrübəsi olmayan, yeni başlayan, portfolio və real iş nəticələri təqdim edə bilməyən namizədlər qətiyyən müraciət etməsinlər.

Elanda qeyd olunan tələblərə əməl edə bilməyəcək şəxslərin müraciət etməməsi xahiş olunur.

Yalnız minimum 10 il real təcrübəsi olan və nəticələrini rəqəmlərlə sübut edə bilən namizədlər nəzərdən keçiriləcək.

 

Qeyd: Vakansiya üzrə yalnız kişi namizədlərin müraciətləri nəzərdən keçiriləcək.

Tələblər:

Meta Ads Manager, Google Ads və TikTok Ads sistemlərini yüksək səviyyədə bilməli

Minimum 10 il real iş təcrübəsi

Mobil tətbiqlər üçün App Install / Download kampaniyaları ilə işləmə təcrübəsi

CPI optimizasiyası üzrə güclü təcrübə

Böyük reklam büdcələri ilə işləmə təcrübəsi

İngilis dili mütləqdir

Analitik və nəticəyönümlü işləmək bacarığı

Real reklam nəticələrini və statistikaları təqdim edə bilməli

Vəzifə öhdəlikləri:

Meta, Google Ads və TikTok Ads platformalarında reklam kampaniyalarının yaradılması, idarə olunması və optimizasiyası

Reklam büdcələrinin effektiv idarə olunması

Reklam kampaniyalarının və nəticələrinin daim nəzarətdə saxlanılması

Mobil tətbiqlər üzrə Download / App Install qiymətlərinin (CPI) mümkün qədər aşağı saxlanılması

Download qiymətləri artdıqda dərhal optimizasiya aparılması

Auditoriyalar, ölkələr, kreativlər və reklam formatları üzrə testlər aparmaq

CPI, CPA, CTR, CPM, ROAS və digər göstəriciləri analiz etmək

Pixel, Conversion API, Google Analytics və Conversion Tracking sistemləri ilə işləmək

Reklam nəticələrinə əsasən yeni strategiyalar hazırlamaq

Dizaynerə mütəmadi olaraq banner, video və digər reklam kreativləri üçün ətraflı brief (texniki tapşırıq) vermək

Reklam hesablarında yaranan problemlərə operativ müdaxilə etmək

Oxşar vakansiyalar