E

Express Bank

Son tarix: 14 Noyabr 2026

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsi / Böyük mütəxəssis (IT Biznes Analitik)

İnformasiya TexnologiyalarıBakıTəcrübə14 Oktyabr 202668

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Mobil və internet bankçılıq məhsulları və xidmətləri üzrə biznes tələblərini müəyyənləşdirilməsi, toplanması, təhlil edilməsi və sənədləşdirilməsi;
  • Biznes və texniki komandalar arasında əlaqələndirici rolun yerinə yetirilməsi, biznes tələblərin texniki komandaya düzgün çatdırılması;
  • Mobil və internet bankçılıq sistemlərinin və biznes proseslərin təhlili, təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və uyğun həllər təklif edilməsi;
  • Developerlərlə əməkdaşlıq edərək mobil və internet bankçılıq sistemlərinin dizaynı və modifikasiyası üzrə tələblərin izahına və implementasiyasına dəstək;
  • Texniki sənədlərin, funksional spesifikasiyaların və istifadəçi təlimatlarının hazırlanması;
  • Test mərhələlərində iştirak, test ssenarilərinin hazırlanmasına dəstək və hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanması;
  • API-lərin biznes və funksional tələblərinin təhlil edilməsi, API sənədləşdirilməsinin təmin edilməsi;
  • Mobil və internet bankçılıq layihələri üzrə sənədləşmənin Confluence-da aparılması və sənədlərin aktual saxlanılmasını təmin edilməsi.

Tələblər

  • Biznes analitikası, sistem analizi və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi;
  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələrdə ali təhsil;
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
  • Biznes proseslərinin təhlili, optimallaşdırılması və sənədləşdirilməsi üzrə təcrübə;
  • Biznes analizi və proses modelləşdirmə vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagram) istifadə bacarığı;
  • SOAP və Postman üzrə praktiki biliklər;
  • Yaxşı kommunikasiya və təqdimat bacarıqları;
  • JIRA, Confluence və digər İT layihə idarəetmə və əməkdaşlıq vasitələri ilə işləmə təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili – yüksək səviyyədə; ingilis və rus dilləri – yaxşı səviyyədə;
  • Bank sektorunda iş təcrübəsi üstünlükdür.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Peşəkar korporativ mühitdə işləmək imkanı
  • Professional və maddi inkişaf perspektivləri
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Hibrid iş rejimi
  • Tibi sığorta paketi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar