Ş

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

Son tarix: 30 İyul 2026

Rəqəmsallaşmaya, innovasiya, süni intellekt (Sİ) və kibertəhlükəsizlik üzrə funksiyanın icrasına məsul şəxs

İnformasiya TexnologiyalarıŞuşaTam Ştat30 İyun 2026125

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Şuşa şəhəri

İş vaxtı: Tam iş vaxtı

Vəzifələri

  • İdarənin fəaliyyət proseslərinin rəqəmsallaşdırılması üzrə təkliflər hazırlamaq.
  • Elektron sənəd dövriyyəsi sistemlərinin tətbiqini və inkişafını təmin etmək.
  • Tikinti, bərpa və mədəni irs obyektləri üzrə məlumat bazalarının yaradılmasını və idarə edilməsini təşkil etmək.
  • Rəqəmsal arxivlərin və elektron kataloqların formalaşdırılmasını təmin etmək.
  • GIS (Geographic Information System), BIM (Building Information Modeling) və digər rəqəmsal həllərin tətbiq imkanlarını araşdırmaq.
  • Müasir texnologiyalar və innovativ həllər üzrə araşdırmalar aparmaq. 
  • İş proseslərinin optimallaşdırılması üçün innovativ layihələr hazırlamaq. 
  • Yerli və beynəlxalq innovasiya təcrübələrini öyrənərək tətbiqi barədə təkliflər vermək. 
  • Pilot layihələrin həyata keçirilməsini koordinasiya etmək.
  • Süni intellekt texnologiyalarının tətbiq sahələrini müəyyənləşdirmək. 
  • Tarixi və mədəni irs obyektlərinin rəqəmsal sənədləşdirilməsi, təsnifatı və monitorinqi üçün AI həllərinin tətbiqinə dair təkliflər hazırlamaq. 
  • Məlumatların analitik emalı və hesabatlılıq proseslərində Sİ alətlərindən istifadəni təşkil etmək. 
  • Süni intellekt sistemlərinin etik, hüquqi və təhlükəsizlik tələblərinə uyğun istifadəsinə nəzarət etmək.
  • İnformasiya sistemlərinin təhlükəsizlik vəziyyətini qiymətləndirmək. 
  • Kibertəhlükəsizlik siyasətləri və prosedurlarını hazırlamaq və tətbiq etmək. 
  • İnformasiya aktivlərinin inventarlaşdırılmasını təşkil etmək. 
  • Ehtiyat nüsxələmə və bərpa proseslərinə nəzarət etmək. 
  • Kibertəhlükəsizlik insidentlərinin qarşısının alınması və araşdırılmasında iştirak etmək. 
  • İşçilərin kibertəhlükəsizlik maarifləndirilməsi tədbirlərini təşkil etmək.
  • Tikinti və bərpa üzrə layihə sənədlərinin elektron idarə olunmasını təmin etmək. 
  • Tikinti və bərpa layihələrinin rəqəmsal monitorinq sistemlərinin tətbiqinə dəstək vermək. 
  • Dron, 3D skanlama, fotogrammetriya və rəqəmsal modelləşdirmə texnologiyalarının tətbiqi üzrə təkliflər hazırlamaq. 
  • Mədəni irs obyektlərinin rəqəmsal pasportlaşdırılması işlərini koordinasiya etmək.

Tələb olunan bilik və bacarıqlar:

  • İnformasiya texnologiyaları, kompüter elmləri, idarəçilik və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Müvafiq sahədə 3 il iş təcrübəsi
  • Rəqəmsal transformasiya və layihələrin idarə edilməsi.
  • Süni intellekt və məlumat analitikası sahəsində baza bilikləri. 
  • Kibertəhlükəsizlik prinsipləri və standartları.
  • Elektron sənəd dövriyyəsi sistemləri. 
  • Verilənlər bazaları və informasiya sistemləri. 
  • Azərbaycan və ingilis dillərində peşəkar işləmə bacarığı. 
  • Analitik düşünmə, təqdimat və layihə idarəetmə bacarıqları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar