C

City Media

Son tarix: 8 İyul 2026

Resepşn / Ofis Administratoru

İnzibati İşlərBakıTam Ştat9 İyun 2026181

Müsahibə əsasında

Vakansiya haqqında

İşiniz nədən ibarət olacaq?

  • Şirkətə daxil olan zəngləri cavablandırmaq və aidiyyəti üzrə yönləndirmək;
  • Müştəriləri və qonaqları gülərüzlə qarşılamaq, onların suallarını cavablandırmaq;
  • Müraciətləri qeydiyyata almaq və müvafiq şöbələrə ötürmək;
  • Elektron poçt yazışmalarını həyata keçirmək;
  • Daxil olan və göndərilən məktubların idarə olunmasını təmin etmək;
  • Ofisdə effektiv ünsiyyət və koordinasiyanın qurulmasına dəstək olmaq.

Sizdə hansı keyfiyyətləri görmək istəyirik?

  • Güclü ünsiyyət və təqdimat bacarığı;
  • Məsuliyyətli və operativ yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı.

Biz nə təklif edirik?

  • Peşəkar və dəstəkçi komanda;
  • Karyera inkişafı imkanları;
  • Rahat və müasir iş mühiti;
  • Rəqabətli əməkhaqqı və motivasiyaedici iş şəraiti:
  • 5 günlük iş həftəsi, iş saatı 10:00 - 18:00
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • Şəhərin mərkəzində müasir ofisdə işləmək

Əmək haqqının səviyyəsi fərdi qaydada, müsahibənin nəticələrinə əsasən - namizədin təcrübəsindən, bilik və bacarıqlarından asılı olaraq müzakirə edilir.

Əgər ilk təəssürat yaratmağın gücünə inanırsınızsa və şirkətimizin siması olmaq istəyirsinizsə, CV-nizi (28 yaşadək) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin!

Oxşar vakansiyalar