Sapphire Hotels Group
Rezervasiya üzrə agent
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkət haqqında:
Sapphire Hotels Group hazırda 4 brend ilə təmsil olunan şəhər hotellər şəbəkəsidir: “Sapphire Bayıl”, “Sapphire City”, “Sapphire Inn”, “Sapphire Marine”.
Hər bir hotel özünəməxsus abu-havası və zərif interyeri ilə unikaldır, lakin birləşdirici amil onların hər birinin şəbəkənin adına və simvolikasına uyğun olan təkrarolunmaz keyfiyyət standartlarının daim təkmilləşdirilməsidir.
Sapphire Group hotellərinin interyerləri müasirlik və milli irs ruhunu özlərində məharətlə birləşdirərək onları ailəli cütlüklər, turistlər, iş adamları və tək səyahət edənlər üçün ən rahat məkana çevirir.
Vəzifə öhdəlikləri:
- Rezervasiya sorğularını qəbul etmək və sistemə daxil etmək
- Qonaq müraciətlərini cavablandırmaq və otaq mövcudluğu barədə məlumat vermək
- Qrup rezervasiyalarının koordinasiyasında iştirak etmək
- Kredit kartı məlumatları və rezervasiya detallarını sistemə daxil etmək
- Gündəlik rezervasiya qeydlərini aparmaq
Tələblər:
- Turizm, qonaqpərvərlik və ya əlaqəli sahədə təhsil üstünlükdür
- Hotel, turizm agentliyi və ya müştəri xidməti sahəsində ən az 1 il iş təcrübəsi üstünlükdür
- PMS və rezervasiya sistemləri ilə işləmə bacarığı üstünlükdür
- Azərbaycan dili səlis, rus və ingilis dilləri B1–B2 səviyyəsində
- MS Office proqramlarında işləmə bacarığı
- Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları
- Detallara diqqət və məsuliyyətli iş yanaşması
- Komanda ilə işləmək və operativ qərar vermək bacarığı
İş şəraiti:
- İş rejimi: 5 günlük;
- İş saatları: 09:00-18:00;
Təminatlar:
- Şirkət siyasətinə uyğun müvafiq endirimli xidmətlər;
- Daxili siyasətə uyğun 4 hotel üzrə rüblük bonus sistemi;
- Şirkət tərəfindən nahar təminatı;
- Xidməti telefon və mobil nömrə.
Müraciət qaydası: CV-nizi mövzu hissədə “Rezervasiya üzrə nümayəndə” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiyalar
Satış Meneceri
NUOMİ Azerbaijan • Bakı
International Business Development Manager
CONNEX MMC • Bakı
Product manager (Tibb sahəsi üzrə)
El Company MMC • Bakı
Ticari marketinq nümayəndəsi
ŞAH-96 MMC • Bakı
Korporativ Satış üzrə Koordinator
Caspian Energy Club • Bakı
Sosial Media Marketinq (SMM) mütəxəssisi
Esshopbaku • Bakı