İ

İdeal Kredit BOKT

Son tarix: 13 Sentyabr 2026

Risklərin idarə edilməsi şöbəsinin rəhbəri

Maliyyə və MühasibatlıqBakıTam Ştat14 Avqust 202674

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

Risk strategiyası və siyasətlərin hazırlanması

  • BOKT-nin fəaliyyətini əhatə edən bütün proseslər üzrə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunmasına nəzarət etmək;
  • BOKT-nin Risk İştahının (Risk Appetite) müəyyən edilməsində iştirak etmək və risk limitlərinin formalaşdırılmasına təkliflər vermək;
  • Kredit, əməliyyat, likvidlik və bazar risklərinin idarə edilməsi üzrə daxili siyasət, qayda və prosedurların hazırlanmasını və təkmilləşdirilməsini təmin etmək;
  • Risklərin qiymətləndirilməsi və idarə edilməsi üzrə metodologiyaların, modellərin və yanaşmaların seçilməsi və tətbiqi ilə bağlı təkliflər vermək;
  • Skorinq sistemlərinin və anderraytinq modellərinin hazırlanması və təkmilləşdirilməsinə rəhbərlik etmək.

Kredit risklərinin idarə edilməsi və portfel analizi

  • Kredit portfelinin keyfiyyətini mütəmadi olaraq təhlil etmək və portfel üzrə əsas risk göstəricilərinə nəzarət etmək;
  • Vaxtı keçmiş kreditlərin (NPL) səviyyəsini və dinamikasını monitorinq etmək;
  • Kredit portfelində sektor, region, məhsul və borcalan qrupları üzrə konsentrasiya risklərini müəyyən etmək və müvafiq limitlərin tətbiqi ilə bağlı təkliflər vermək;
  • Potensial kredit itkiləri üzrə ehtiyatların düzgün hesablanmasına və formalaşdırılmasına nəzarət etmək;
  • Kredit risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq və nəticələr əsasında rəhbərliyə təkliflər təqdim etmək.

Maliyyə və likvidlik risklərinin idarə edilməsi

  • BOKT-nin öhdəliklərini vaxtında yerinə yetirməsi üçün likvidlik vəziyyətini və pul vəsaitlərinin hərəkətini (Cash Flow) təhlil etmək;
  • Likvidlik risklərini müəyyən etmək, qiymətləndirmək və onların idarə olunması üzrə tədbirlər hazırlamaq;
  • Valyuta məzənnələrində və faiz dərəcələrində baş verən dəyişikliklərin BOKT-nin maliyyə vəziyyətinə, kredit portfelinə və gəlirliliyinə təsirini qiymətləndirmək;
  • Likvidlik, valyuta, faiz və digər maliyyə riskləri üzrə limitlərə nəzarət etmək;
  • Müxtəlif iqtisadi və maliyyə ssenariləri üzrə stress-testlər hazırlamaq və həyata keçirmək.

Əməliyyat, hüquqi və informasiya təhlükəsizliyi riskləri

  • Əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, təhlili, monitorinqi və hesabatlığını həyata keçirmək;
  • Filial və baş ofis struktur bölmələrində biznes proseslərini qiymətləndirmək, riskləri müəyyən etmək və onların optimallaşdırılması məqsədilə monitorinqlər aparmaq;
  • Kredit rəsmiləşdirilməsi, kassa əməliyyatları, filial fəaliyyəti və digər daxili proseslərdə mövcud riskləri müəyyən etmək;
  • Baş verən qayda pozuntularının səbəblərini təhlil etmək və onların aradan qaldırılması üzrə təkliflər vermək;
  • Daxili və xarici dələduzluq (Fraud) risklərinin monitorinqini həyata keçirmək və qabaqlayıcı tədbirlərlə bağlı təkliflər hazırlamaq;
  • BOKT-nin informasiya təhlükəsizliyi ilə bağlı riskləri müəyyən etmək, rəhbərliyi məlumatlandırmaq və müvafiq düzəlişlərin aparılması üzrə təkliflər vermək;
  • AMB tərəfindən BOKT-lər üçün müəyyən edilmiş prudensial tələblərə və digər normativ tələblərə riayət olunmasına risk baxımından nəzarət etmək.

Risklərin monitorinqi və nəzarət mexanizmləri

  • Mövcud risklər üzrə risk xəritəsini hazırlamaq, mütəmadi yeniləmək və davamlı monitorinqini həyata keçirmək;
  • Əsas Risk İndikatorları (KRI) üzrə məlumatları toplamaq, təhlil etmək və dəyişiklikləri izləmək;
  • Potensial risklərin vaxtında müəyyənləşdirilməsi və qiymətləndirilməsi məqsədilə müvafiq metod və modellərdən istifadə etmək;
  • Risklərin optimallaşdırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;
  • Risklərin idarə edilməsi prosesində müəyyən edilmiş boşluqların aradan qaldırılmasına nəzarət etmək.

Hesabatlılıq və komitələrdə iştirak

  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticələri üzrə dövri hesabatlar hazırlamaq;
  • Rəhbərlik, İdarə Heyəti və Müşahidə Şurası üçün risk hesabatlarının hazırlanmasını təmin etmək;
  • Risklərin idarə edilməsi üzrə tələb olunan hesabatlıqları hazırlamaq və təqdim etmək;
  • Risk Komitəsi və Kredit Komitəsinin iclaslarında müstəqil risk rəyi ilə iştirak etmək və səs hüququ çərçivəsində qərarların qəbul edilməsinə töhfə vermək;
  • Risk göstəricilərində əhəmiyyətli dəyişikliklər və yeni yaranmış risklər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq.

Risk mədəniyyətinin inkişafı

  • Filial və baş ofis struktur bölmələrində risk mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirləri həyata keçirmək;
  • Əməkdaşların risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə məlumatlılığının artırılmasına dəstək vermək;
  • Risklərin idarə edilməsi üzrə daxili tələblərin əməkdaşlara çatdırılmasını və onların tətbiqinə nəzarəti təmin etmək.

Tələblər

  • İqtisadiyyat, maliyyə, bank işi, risklərin idarə edilməsi, tətbiqi riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Bank və ya BOKT sektorunda, xüsusilə risklərin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
  • Kredit, əməliyyat, likvidlik və maliyyə risklərinin idarə edilməsi üzrə praktiki bilik və təcrübə;
  • Risklərin qiymətləndirilməsi, portfel analizi, risk xəritələrinin hazırlanması və stress-testlərin aparılması üzrə təcrübə;
  • Risk siyasətləri, metodologiyalar və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bacarıqlar;
  • AMB-nin BOKT-lər üzrə prudensial tələbləri və risklərin idarə edilməsi prinsipləri barədə bilik;
  • Analitik düşünmə, məlumatların təhlili və hesabatların hazırlanması bacarığı;
  • Rəhbərlik və müvafiq komitələr qarşısında risklərlə bağlı müstəqil və əsaslandırılmış rəy təqdim etmək bacarığı;
  • FRM (Financial Risk Manager) sertifikatının olması üstünlükdür.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Həyat Yığım sığortası
  • Korporativ Mühit

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar