A

Azersun Holding

Son tarix: 10 Sentyabr 2026

Risklərin təhlili və hesabatlılıq üzrə baş mütəxəssis

Maliyyə və MühasibatlıqBakıTam Ştat10 Avqust 2026140

Müsahibə əsasında

Vakansiya haqqında

Müəssisə: Azərbaycan Sənaye Bankı

Vəzifə öhdəlikləri:

  • Bankın kredit, likvidlik, faiz, valyuta və digər maliyyə riskləri üzrə mütəmadi təhlillərin aparılması və hesabatların hazırlanması;
  • Kredit portfeli üzrə Kredit Riski, Miqrasiya Matrisi, Vintaj, PAR və digər risk göstəricilərinin təhlil edilməsi;
  • Bankın gəlir-xərc, mənfəət-zərər və əsas maliyyə göstəricilərinin müqayisəli təhlilinin aparılması;
  • Likvidliyin örtülmə əmsalı (LCR), faiz riskinə həssaslıq, GAP və digər risk göstəricilərinin təhlil edilməsi;
  • Makroiqtisadi göstəricilər, neft qiymətləri və bank sektoru üzrə araşdırmaların aparılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • Kredit, likvidlik, valyuta, faiz və digər risklər üzrə stress-test və şok ssenarilərinin hazırlanması;
  • Qanunvericilik və Mərkəzi Bankın tələblərinə uyğun risk hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bankın Risk Xəritəsinin hazırlanması, riskli sahələrin müəyyən edilməsi və onların azaldılması üzrə təkliflərin verilməsi;
  • Yeni məhsul, xidmət və biznes proseslərinin risk baxımından qiymətləndirilməsi və müvafiq rəylərin hazırlanması;
  • Risklərin idarə edilməsi strategiyası, siyasəti və müəyyən edilmiş risk limitlərinə riayət olunmasının monitorinqi;
  • Risklərin İdarə Edilməsi Komitəsinin iclasları üzrə protokolların hazırlanması və qərarların sənədləşdirilməsi;
  • Aidiyyəti struktur bölmələrinə risklərin idarə edilməsi üzrə metodoloji dəstəyin göstərilməsi;
  • Fövqəladə hallar planının hazırlanmasında və illik kənar audit prosesləri üzrə risk təhlillərində iştirak;
  • Struktur rəhbərinin risklərin idarə edilməsi sahəsi üzrə digər tapşırıqlarının yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat və/və ya Texniki sahə üzrə);
  • Minimum 3 il bank sahəsində iş təcrübəsi o cümlədən müvafiq sahə üzrə ən azı 1 il təcrübə mütləqdir;
  • Azərbaycan, ingilis və rus dillərində sərbəst ünsiyyət bacarığı (digər dillər üstünlükdür);
  • Microsoft Office və bank proqramları üzrə biliklər;
  • Həm fərdi, həm qrup şəklində işləmək, təhlil etmə, müşahidə aparmaq və faktların müəyyən edilməsi, müvafiq hesabatların tərtibi və təhlili bacarığına malik olmalı. 
  • Məsuliyyətlilik, etibarlılıq, tədqiqat aparma, analitik düşünmə, fikirlərini yazılı və şifahi şəkildə aydın və dolğun çatdırma bacarığı.

 Biz nə təklif edirik:

  • İş yeri: Dreamland Baku
  • İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00
  • Nahar: Şirkət tərəfindən təmin olunur
  • Əməkhaqqı: Təcrübə və ixtisas səviyyəsinə uyğun, rəqabətqabiliyyətli
  • İş mühiti: Regionun aparıcı bank şirkətində dinamik, innovativ və əməkdaşlığa əsaslanan korporativ mühit

Tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz və ya hr.azersun.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Risklərin təhlili və hesabatlılıq üzrə baş mütəxəssis ” qeyd etməyiniz xahiş olunur

Oxşar vakansiyalar