A

AT - Geotech MMC

Son tarix: 19 Noyabr 2026

Sahə əməliyyatları üzrə menecer - AT - Geotech MMC (Bakı)

İnzibati İşlərBakıTam Ştat19 Oktyabr 202679

Müsahibə əsasında

Vakansiya haqqında

AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Sahə əməliyyatları üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Qazma layihələri üzrə sahə əməliyyatlarının təşkili və idarə edilməsi;
  • Qazma qurğularının və işçi briqadaların layihələr üzrə düzgün bölgüsünün təmin edilməsi;
  • Sahə işlərinin təsdiq edilmiş qrafikə uyğun, vaxtında və təhlükəsiz icrasına nəzarət edilməsi;
  • Qazma əməliyyatlarının məhsuldarlıq göstəricilərinin izlənilməsi və təhlili;
  • Sahədə yaranan əməliyyat problemlərinin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi;
  • İş prosesində istifadə olunan resursların səmərəli idarə olunması;
  • Sahə işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
  • Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi.

Namizədə dair tələblər:

  • Qazma əməliyyatları sahəsində müvafiq iş təcrübəsi;
  • Sahə işlərinin təşkili və idarə edilməsi üzrə minumum 3 il iş təcrübəsi;
  • Ezamiyyətə açıq olmaq;
  • Komanda idarəetmə və operativ qərarvermə bacarığı;
  • Analitik düşünmə və problemləri həll etmə qabiliyyəti;
  • İşlərin planlaşdırılması və icrasına nəzarət bacarığı;
  • Məsuliyyətlilik, çeviklik və nəticəyönümlülük.

İş şəraiti:

  • İş yeri: Xırdalan
  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Sahə əməliyyatları üzrə menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar