G

Grand Agro MMC

Son tarix: 27 Avqust 2026

Sahə Meneceri

İnzibati İşlərBakıTam Ştat27 İyul 202680

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

  • Tikinti sahəsində aparılan işlərin təsdiq edilmiş layihə sənədlərinə, texniki spesifikasiyalara, müqavilə şərtlərinə və qüvvədə olan normativ tələblərə uyğun icrasına nəzarət etmək.
  • Baş podratçı və subpodratçıların işlərinin keyfiyyətini, icra müddətlərini və təhlükəsizlik tələblərinə riayət olunmasını gündəlik izləmək.
  • Tikinti işlərinin təsdiq edilmiş iş qrafikinə uyğun aparılmasına nəzarət etmək, gecikmə risklərini müəyyən etmək və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək.
  • Layihə üzrə görülmüş işlərin həcmini və keyfiyyətini yoxlamaq, aralıq və yekun qəbul proseslərində iştirak etmək.
  • Tikinti sahəsində yaranan texniki problemlərin operativ həllini koordinasiya etmək, zərurət yarandıqda layihəçi, texniki nəzarətçi və podratçılar arasında əlaqələndirməni təmin etmək.
  • Tikinti sahəsində əmək mühafizəsi, texniki təhlükəsizlik və ekoloji tələblərin yerinə yetirilməsinə nəzarət etmək.
  • Layihə rəhbərliyinə tikinti işlərinin gedişi, əsas risklər, problemlər və görülmüş tədbirlər barədə müntəzəm hesabatlar təqdim etmək.
  • Tikinti sahəsində istifadə olunan avadanlıqların, materialların və görülən işlərin layihə tələblərinə uyğunluğunu nəzarətdə saxlamaq.

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə);
  • Tikinti sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi;
  • Tikinti norma və qaydaları, əmək mühafizəsi və texniki təhlükəsizlik tələbləri üzrə bilik;
  • Tikinti layihələrinin icrasına və podratçıların fəaliyyətinə nəzarət təcrübəsi;
  • MS Office proqramlarında sərbəst işləmək, AutoCAD biliyi üstünlükdür;
  • Azərbaycan dilini sərbəst bilmək, ingilis dili biliyi üstünlükdür;
  • Güclü təşkilatçılıq, ünsiyyət, problem həll etmə və liderlik bacarıqları.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar