B
Betonist PDB MMC
Sahə Rəisi (Prefabrik dəmir-beton məmulatları üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
Hazırda istehsalat şöbəmizə prefabrik dəmir-beton konstruksiya elementlərinin istehsalatı üzrə təcrübəli Sahə Rəisi axtarırıq.
İş şəraiti
- İş yeri: Ağdam rayonu, Ağdam Sənaye Parkı
- İş qrafiki: Tam ştat
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
Əsas vəzifə öhdəlikləri:
- Prefabrik dəmir beton məmulatlarının istehsal prosesinin planlanması, təşkili və idarə olunması.
- İstehsalın layihə üzrə aparılması və son kontrolların edilməsi.
- İstehsalatda texnoloji proseslərə, keyfiyyət standartlarına və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.
- İşçilərin fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü və nəzarəti həyata keçirmək;
- İstehsalat avadanlıqlarının düzgün istismarı və vaxtında texniki baxışının təmin olunması;
- İstehsalat planlarının icrasını təmin etmək və hesabatların hazırlanması;
- Müvafiq dövlət orqanlarının tələblərinə və şirkət daxilində qəbul olunmuş SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) normalarına uyğunluğun təmin edilməsi.
- Sahədə yaranan suallara operativ texniki həllərin verilməsi.
- Müxtəlif layihə komandaları ilə sıx əməkdaşlıq (arxitektorlar, texnoloqlar, sahə mühəndisləri və s.).
Namizəddən gözləntilər və tələblər:
- İnşaat Mühəndisi ixtisası üzrə ali təhsil
- Tikinti sahəsində ən azı 3 il rəhbər iş təcrübəsi;
- İstehsalat proseslərinin təşkili və rəhbərliyi üzrə bilik və bacarıqlar;
- Komandada idarəetmə və qərarvermə qabiliyyəti;
- Güclü analitik və təşkilatçılıq bacarıqları;
- MS Office proqramlarında sərbəst işləmək, istehsalat hesabatları hazırlamaq bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində bilik üstünlükdür.
Biz sizə təklif edirik:
- Müxtəlif tipli layihələrdə (sənaye, ticarət və s.) iştirak imkanı.
- Rəqabətli əmək haqqı.
- Qidalanma və yaşayış yeri
CV-nizi və əgər varsa portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Sahə Rəisi” başlığı ilə göndərməyinizi xahiş edirik. Yalnız ilkin seçim mərhələsindən keçmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiyalar
A
Bugün
İlkin təqib üzrə kiçik mütəxəssis
AGA Group • Bakı
Tam Ştat
400 ₼Müraciət et
Z
Bugün
Ofis meneceri
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
1800 ₼Müraciət et
A
Bugün
Mühafizəçi
Abşeron Logistika Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Direktor Köməkçisi (3 Aylıq Təcrübə Proqramı)
AzStudy • Bakı
Tam Ştat
250 ₼Müraciət et
S
Bugün
Admin Intern
SLB • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
M
Bugün
Sosial Media Meneceri
Muxtaroglu-VM MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et