I

Innova Technology Center

Son tarix: 23 İyul 2026

Sales/Account Manager (İnternship)

Marketinq və SatışBakıTam Ştat8 İyun 20261

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

Şirkət haqqında

İnnova Technology Center — sistem inteqrasiyası bazarında fəaliyyət göstərən, müştərilərinə geniş spektrli avadanlıq, proqram təminatı və İT xidmətləri təqdim edən şirkətdir. Komandamıza dinamik və nəticə yönümlü Sales Manager axtarırıq.

İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan – 18:00-dək

İş günü: Tam ştat

İş formatı: Ofis (offline)

İstirahət günləri: Şənbə, bazar və dövlət bayramları

Rahat ofis mühiti və peşəkar kollektiv

Tələblər:

Dil bilikləri: Azərbaycan və rus dilləri (mütləq), ingilis dili (arzuolunandır)

Satış sahəsində iş təcrübəsi arzuolunandır (İT sahəsində təcrübə üstünlük sayılır)

MS Office proqramlarını yüksək səviyyədə bilmək (Word, Excel, PowerPoint)

Müştərilərlə effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı

Aktiv, məsuliyyətli və nəticə yönümlü yanaşma

Komanda şəraitində işləmək bacarığı

Vəzifə öhdəlikləri:

Yeni müştərilərin cəlb edilməsi (soyuq zənglər, mesajlar, e-mail, LinkedIn və digər kanallar üzrə)

Potensial müştərilərlə görüşlərin təşkili və aparılması (online və offline formatda)

İT xidmət və məhsullarının peşəkar səviyyədə təqdim edilməsi

Kommersiya təkliflərinin hazırlanması və müştərilərlə danışıqların aparılması

Müştəri ehtiyaclarının dəqiq müəyyənləşdirilməsi və uyğun həll yollarının təklif edilməsi

Aylıq və rüblük satış hədəflərinin (target-larının) yerinə yetirilməsi

Gündəlik soyuq zənglər və follow-up fəaliyyətlərinin aparılması

Komanda daxilində sıx əməkdaşlıq və koordinasiya

Bazar tendensiyalarının və rəqiblərin mütəmadi izlənilməsi

Oxşar vakansiyalar