R
Roof Academic Training
SAT MATH müəllimi
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Tələbələrə SAT Math proqramı üzrə fərdi və qrup dərslərinin keçirilməsi
- Tələbələrin bilik səviyyəsinin qiymətləndirilməsi və fərdi hazırlıq planlarının hazırlanması
- SAT formatına uyğun test və sınaq imtahanlarının təşkili, tapşırıqların hazırlanması və yoxlanılması
- Tələbələrin nəticələrinin və inkişaf dinamikasının mütəmadi izlənilməsi və geribildirimlərin verilməsi
- Tədris materiallarının hazırlanması və SAT imtahan formatında baş verən yeniliklərin izlənilməsi
- Tələbələrin yüksək nəticə əldə etməsi üçün effektiv və nəticəyönümlü tədris metodlarından istifadə
- Tələbə, valideyn və akademik heyətlə zəruri hallarda kommunikasiyanın qurulması
Tələblər:
- Riyaziyyat və ya əlaqəli sahə üzrə ali təhsil
- SAT Math üzrə yüksək nəticə və ya bu sahədə müvafiq təcrübə
- Tədris sahəsində iş təcrübəsi
- İngilis dilində riyazi terminologiyaya hakimlik
- Güclü kommunikasiya və izah etmə bacarığı
- Məsuliyyətli, səbirli və nəticəyönümlü yanaşma
- Öyrənməyə və peşəkar inkişaf etməyə açıq olmaq
Üstünlükdür:
- SAT Math üzrə yüksək şəxsi nəticənin olması
- SAT müəllimi kimi əvvəlki iş təcrübəsi
- Beynəlxalq imtahanlar üzrə sertifikatların olması
- İngilis dilində sərbəst tədris edə bilməsi
- Rus dili bilikləri
- Xaricdə təhsil və qəbul prosesləri haqqında məlumatlı olması
- Tələbələrlə fərdi işləmək və onların nəticələrini yüksəltmək üzrə uğurlu təcrübənin olması
Şərtlər:
- Yer: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 138
- İş qrafiki: tam və natamam mümkündür
- İstirahət günü: həftənin bazar günü
- Əmək haqqı: Müsahibə əsasında namizədin bacarıqlarına və təcrübəsinə uyğun olaraq razılaşdırılacaq
Maraqlanan namizədlər mövzu hissəsində “SAT MATH müəllimi” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
B
Bugün
İngilis dili üzrə Tədris Metodisti
Barattson • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
İngilis dilində Riyaziyyat müəllimi
Celt Colleges • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Dünən
İngilis dili müəllimi
Celt Colleges • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
H
Dünən
Primary Teacher Assistant (Full-Time)
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
V
1 Sentyabr 2026
SAT Math Müəllimi
Victory Colleges by Evrika • Bakı
Tam Ştat
800 ₼Müraciət et
V
1 Sentyabr 2026
SAT Verbal Müəllimi
Victory Colleges by Evrika • Bakı
Tam Ştat
800 ₼Müraciət et