T

Tamstore MMC

Son tarix: 18 Oktyabr 2026

Satıcı-kassir

Marketinq və SatışBakıTam Ştat18 Sentyabr 202625

430

Vakansiya haqqında

Əmək haqqı: 430 – 650 azn
İş qrafiki: növbəli
Ünvan: Bakı və Sumqayıt şəhərində yerləşən Tamstore mağazaları. (Qeyd: Namizəd faktiki yaşayış yerinə uyğun filial  üzrə  dəyərləndirilir)

Qastronomiya üzrə satıcı
Qastronomiya şöbəsində məhsulların müştərilərə təqdim və satışını həyata keçirmək; 
Məhsulların çeşidi, tərkibi, saxlanma müddəti və qiymətləri barədə müştərilərə məlumat vermək; 
Çəki ilə satılan məhsulları düzgün çəkərək qablaşdırmaq və müştəriyə təqdim etmək; 
Məhsul qalıqlarına nəzarət etmək və ehtiyac yarandıqda məsul şəxsə məlumat vermək; 
Meyvə-tərəvəz üzrə satıcı
Meyvə-tərəvəzlərin keyfiyyətini, təzəliyini və yararlılıq vəziyyətini mütəmadi yoxlamaq; 
Keyfiyyətini itirmiş, zədələnmiş və satışa yararsız məhsulları müəyyən edərək çeşiddən çıxarmaq; 
Məhsulların çəkilməsi, qablaşdırılması və müştəriyə düzgün təqdim edilməsini təmin etmək; 
Şöbədə məhsul qalıqlarına və vitrinlərin doluluğuna nəzarət etmək; 
İş sahəsinin və vitrinlərin təmiz və səliqəli saxlanılmasını təmin etmək; 
Sanitariya-gigiyena və daxili prosedur qaydalarına riayət etmək. 
Bişirici-satıcı
Hazır məhsulların və bişmiş məmulatların müəyyən edilmiş standartlara uyğun hazırlanmasında iştirak etmək; 
Hazırlanma prosesində reseptura və texnoloji tələblərə riayət etmək; 
Hazır məhsulların vitrinlərdə səliqəli və satışa uyğun şəkildə yerləşdirilməsini təmin etmək; 
Məhsulların keyfiyyətinə, görünüşünə və təzəliyinə nəzarət etmək; 
Hazır məhsulların porsiyalara bölünməsi, çəkilməsi və qablaşdırılmasını həyata keçirmək; 
İş sahəsinin təmizliyini və sanitariya-gigiyena qaydalarına uyğunluğunu təmin etmək; 
Gün ərzində məhsul qalıqlarına və ehtiyaclara nəzarət edərək məsul şəxsə məlumat vermək.
Kassir
Məhsulların barkodlarını skan etmək və qiymətlərin düzgünlüyünü yoxlamaq; 
Nağd və nağdsız ödənişləri qəbul etmək; 
Ödəniş zamanı yaranan fərqləri və uyğunsuzluqları müəyyən edərək məsul şəxsə məlumat vermək; 
Müştərilərə çek təqdim etmək və ödəniş prosesini düzgün yekunlaşdırmaq; 
Növbə ərzində kassa qalığının düzgünlüyünə nəzarət etmək; 

 

Müraciət etmək istəyən namizədlər yalnız aşağıdakı nömrələrin WhatsApp-ına yaza bilərlər:
• (099) 200-65-66
• (099) 200-97-07
• (099) 200-15-02

Tələblər:

Satış sahəsində iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində səlis danışıq 
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Nəzakətli, məsuliyyətli və nəticəyönümlü yanaşma;

Vəzifə öhdəlikləri:

Müştərilərə yüksək səviyyəli xidmət göstərmək və fərdi yanaşma təmin etmək;
Brendin dəyərlərinə uyğun şəkildə məhsulları təqdim etmək və satış prosesini idarə etmək;
Müştəri ehtiyaclarını müəyyən edərək uyğun məhsullar təklif etmək;
Mağazanın vizual standartlarını və məhsul düzülüşünü qorumaq;
Satış hədəflərinə nail olmaq və komanda ilə effektiv əməkdaşlıq etmək.

Oxşar vakansiyalar