Facility Management Group
Satınalma üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Təsvir:
- Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Satınalma proseslərinin səmərəli və şəffaf şəkildə təşkilini və icrasını təmin edəcək Satınalma üzrə aparıcı mütəxəssis axtarırıq.
- Bu rol daxili və xarici bazarlarda satınalma proseslərinin planlaşdırılmasına, tender və qiymət sorğularının təşkilinə, bazar araşdırmalarının aparılmasına, təchizatçıların seçimi və qiymətləndirilməsinə, eləcə də satınalma fəaliyyətinin daxili prosedurlara uyğunluğuna nəzarət edilməsinə cavabdeh olacaq.
- Bu vəzifədə uğur qazanmaq üçün satınalma və danışıqlar aparma bacarıqlarını praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək müstəqil idarə etmək, xərcləri optimallaşdırmaq və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Satınalma proseslərinin planlaşdırılması və təşkili
- Daxili və xarici bazarlarda satınalma proseslərini planlaşdırmaq, təşkil etmək və koordinasiya etmək.
- Tender və qiymət sorğusu (RFQ/RFP) proseslərinin şirkətin daxili prosedurlarına uyğun təşkilini təmin etmək.
- Bazar araşdırmaları aparmaq, qiymətləri təhlil etmək və şirkət üçün optimal satınalma təklifləri hazırlamaq.
Təchizatçılarla iş və icraya nəzarət
- Təchizatçılarla danışıqlar aparmaq, kommersiya şərtlərini müzakirə etmək və uzunmüddətli əməkdaşlıq münasibətlərini idarə etmək.
- Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasına nəzarət etmək.
- Satınalma şərtlərinin və müqavilə öhdəliklərinin vaxtında və tam icrasını izləmək.
Sənədləşmə, hesabatlılıq və proseslərin optimallaşdırılması
- Satınalma sənədlərinin düzgün hazırlanmasını və aidiyyəti struktur bölmələrlə koordinasiyasını təmin etmək.
- Satınalma fəaliyyəti üzrə hesabatlar hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə təklifləri vermək.
- Satınalma proseslərinin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üzrə təşəbbüslərdə fəal iştirak etmək.
Tələblər
- İqtisadiyyat, idarəetmə və ya digər müvafiq sahə üzrə ali təhsil;
- Satınalma sahədsində minimum 5 il iş təcrübəsi;
- Satınalma proseslərinin təşkili və təchizatçıların idarə olunması üzrə praktiki təcrübə;
- Tender, qiymət sorğusu və kommersiya təkliflərinin qiymətləndirilməsi üzrə biliklər;
- Bazar araşdırması, qiymət analizi və xərclərin optimallaşdırılması bacarığı;
- Təchizatçılarla effektiv danışıqlar aparmaq və kommersiya şərtlərini qiymətləndirmək səriştəsi;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Güclü analitik düşüncə, planlama və problem həll etmə bacarığı;
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma;
- Komanda ilə işləmək və prosesləri koordinasiya etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
- Rəqabətli əməkhaqqı və bonus
- Geniş təminatlı tibbi sığorta
- Korporativ loyallıq proqramına üzvlük
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Anbar fəhləsi
BERC Group
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Satınalma üzrə mütəxəssis (Daxili bazar)
Embawood
BakıTam Ştat
900 ₼Dünən

Anbardar-operator
Esen Tekstil
BakıTam Ştat
700 ₼Dünən

Satınalma üzrə mütəxəssis
Caspian Industry MMC
BakıTam Ştat
Müsahibə əsasındaDünən

Nəqliyyat dispetçeri (region)
North West
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026

Xarici satınalma üzrə mütəxəssis və aparıcı mütəxəssis
Grinco
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026
