S
STP-BTECH
Satınalma üzrə baş mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
STP-Btech şirkətinin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, informativ lövhələrin istehsalı və quraşdırılması, təhlükəsizlik sədlərinin quraşdırılması o cümlədən yol xətlənmə işlərinin aparılmasıdır.
Vəzifə öhdəlikləri:
- İri həcmli və xüsusi araşdırma tələb edən satınalma sifarişlərini qəbul etmək və icrasını təmin etmək;
- Bazar araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək və daxili tender proseslərini təşkil etmək;
- Təchizatçıların fəaliyyətini hərtərəfli təhlil etmək, təchizatçı bazasını formalaşdırmaq və kateqoriyalaşdırmaq;
- Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və digər meyarlar üzrə müqayisəli təhlilini hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Satınalma sifarişlərini prioritetləşdirmək, qruplaşdırmaq və planlaşdırmaq;
- Satınalma prosesi ilə bağlı sifarişçi struktur bölmələrin müraciətlərini təhlil etmək və operativ həllini təmin etmək;
- Təchizatçılarla müqavilələrin hazırlanmasını, razılaşdırılmasını və bağlanmasını təmin etmək, aidiyyəti struktur bölmələrin rəylərini almaq;
- Müqavilə öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət etmək;
- Satınalma prosesində yarana biləcək riskləri müəyyən etmək və onların minimuma endirilməsi ilə bağlı təkliflər hazırlamaq;
- Satınalma əməliyyatlarının ERP sistemində düzgün uçotunu aparmaq və müvafiq əməliyyatları icra etmək;
- Şöbə üzrə dövri hesabatları hazırlamaq, rəhbərliyə təqdim etmək və hesabat bazasının daim aktual saxlanılmasını təmin etmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office proqramlarını bilməlidir;
- Azərbaycan dili, mükəmməl rus və ingilis dillərini bilməlidir.
Əmək şəraiti:
- İş qrafiki: 5 günlük
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Nahar şirkət tərəfindən təmin olunur
- Nəqliyyat xidməti
Müraciət üçün: CV-nizi mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Oxşar vakansiyalar
C
Bugün
Sürücü / ekspeditor
Confirex • Bakı
Tam Ştat
500 ₼Müraciət et
M
Bugün
Satınalma mütəxəssisi
Moya Trade MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et
B
Bugün
Moped sürücüsü
Baku Elektrik MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
A
Bugün
Anbardar
Ata Pack MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
M
Bugün
Təchizat üzrə mütəxəssis
MicroTech LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
C
Bugün
Sürücü-ekspeditor
Columba • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et