B

B2B Group

Son tarix: 20 Sentyabr 2026

Satınalma üzrə Koordinator

Logistika və TəchizatBakıTam Ştat20 Avqust 2026161

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifələr

  • Satınalma şöbəsinin gündəlik işlərinin koordinasiyası; 
  • Satınalma sorğularının, RFQ-ların və sifarişlərin vaxtında icra olunmasına nəzarət edilməsi; 
  • Satınalma proseslərinin müəyyən edilmiş prosedur və qaydalara uyğunluğunun yoxlanılması; 
  • Təchizatçılardan alınan kommersiya təkliflərinin və qiymətlərin müqayisəli təhlilinə nəzarət; 
  • Gecikən və riskli satınalma proseslərinin müəyyən edilməsi və rəhbərliyə məlumat verilməsi; 
  • Həftəlik və aylıq hesabatların hazırlanması; 
  • Satınalma nəticələrinin, qiymətlərin, endirimlərin və digər göstəricilərin təhlili; 
  • Təchizatçı bazasının və satınalma məlumatlarının sistemləşdirilməsinə nəzarət; 
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların satınalma komandası daxilində düzgün bölüşdürülməsi və icrasına nəzarət.

Namizədə tələblər

  • Satınalma, təchizat, logistika və ya əlaqəli sahədə ali təhsil və ya iş təcrübəsi; 
  • Satınalma prosesləri və təchizatçı münasibətləri haqqında anlayış; 
  • Excel-də yaxşı səviyyədə işləmə bacarığı; 
  • Hesabat hazırlama və məlumatları analiz etmə bacarığı; 
  • Komanda idarəetməsi və koordinasiya bacarığı; 
  • Azərbaycan dili – yüksək səviyyədə, İngilis və/və ya rus dili – üstünlükdür; 
  • Həftədə 5 gün iş, 2 gün istirahət;
  • Əməkhaqqı razılaşma yolu ilə.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar