S
Saffron Group
Satınalma üzrə mütəxəsis
Müsahibə əsasında
Vakansiya haqqında
İş yeri - Amburan İstirahət Kompleksi
Vəzifə haqqında:
- Restoranın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə qida məhsulları, içkilər, təsərrüfat malları, avadanlıqlar və digər zəruri materialların keyfiyyət, qiymət və vaxt meyarlarına uyğun şəkildə satın alınmasını təşkil etmək.
Vəzifə öhdəlikləri:
- Restoranın gündəlik və aylıq satınalma tələbatını planlaşdırmaq.
- Mətbəx, bar, anbar və digər şöbələrdən daxil olan sifarişləri qəbul edib təhlil etmək.
- Təsdiq olunmuş büdcəyə uyğun satınalma prosesini həyata keçirmək.
- Mövcud və yeni təchizatçılar üzrə bazar araşdırması aparmaq.
- Təchizatçılarla qiymət, ödəniş şərtləri, çatdırılma müddəti və müqavilə şərtləri üzrə danışıqlar aparmaq.
- Satınalma sifarişlərini hazırlamaq, təsdiq etdirmək və icrasına nəzarət etmək.
- Məhsulların vaxtında və tam həcmdə çatdırılmasını təmin etmək.
- Təhvil alınan malların sifarişə, keyfiyyət standartlarına və sənədlərə uyğunluğunu yoxlamaq.
- Uyğunsuz məhsulların geri qaytarılması və ya dəyişdirilməsi prosesini idarə etmək.
- Anbar ehtiyatlarını mütəmadi izləmək, minimum və maksimum stok səviyyələrinin qorunmasını təmin etmək.
- Məhsul qıtlığının və ya artıq ehtiyatın yaranmasının qarşısını almaq.
- Satınalma sənədlərini, müqavilələri, qiymət siyahılarını və təchizatçı məlumat bazasını mütəmadi yeniləmək.
- Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək hesab-fakturaların və ödəniş sənədlərinin düzgünlüyünü yoxlamaq.
- Aylıq satınalma, xərclər və qənaət göstəriciləri üzrə hesabatlar hazırlamaq.
- Məhsul qiymətlərini və bazar tendensiyalarını izləyərək xərclərin optimallaşdırılması üçün təkliflər vermək.
- Şirkətin satınalma prosedurlarına, daxili qaydalara və qida təhlükəsizliyi tələblərinə riayət etmək.
- Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Satınalma və təchizat prosesləri üzrə bilik.
- Danışıqlar aparmaq və qiymət razılaşmaları əldə etmək bacarığı.
- Analitik düşüncə və xərclərin optimallaşdırılması bacarığı.
- HRS, Excel , outlook və digər ofis proqramlarından sərbəst istifadə.
- Məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı.
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
- Vaxtın düzgün idarə olunması və çoxsaylı tapşırıqları eyni vaxtda icra etmək bacarığı.
Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiyalar
R
Bugün
Satınalma üzrə mütəxəssis
Respublika Diaqnostika Mərkəzi • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
Z
Bugün
Anbardar köməkçisi
Zeytun Pharmaceuticals • Bakı
Tam Ştat
600 ₼Müraciət et
N
Bugün
Sürücü
Newmatic • Bakı
Tam Ştat
700 ₼Müraciət et
T
Bugün
Sürücü-ekspeditor
Texno Home • Bakı
Tam Ştat
800 ₼Müraciət et
-
Bugün
Sürücü
-- • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Bugün
Bayraqdar
Prokon MMC • Bakı
Tam Ştat
600 ₼Müraciət et