F
Facility Management Group
Satınalma üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimiz satınalma proseslərinin səmərəli və şəffaf şəkildə həyata keçirilməsini təmin edəcək Satınalma üzrə mütəxəssis axtarır. Namizəd təchizatçılarla əməkdaşlığı koordinasiya edəcək, bazar araşdırmaları aparacaq və satınalma əməliyyatlarının şirkətin daxili prosedurlarına uyğun icrasına dəstək göstərəcək.
Vəzifə öhdəlikləri
- Daxili və xarici bazarlarda satınalma proseslərinin həyata keçirilməsi və koordinasiya olunması;
- Mövcud təchizatçıların fəaliyyətinin qiymətləndirilməsi və yeni təchizatçıların araşdırılması;
- Satınalma sifarişlərinin keyfiyyət, kəmiyyət, qiymət, çatdırılma müddəti və xidmət meyarlarına uyğun icrasının izlənilməsi;
- Tender və qiymət sorğusu proseslərinin daxili prosedurlara uyğun təşkilində iştirak;
- Bazar araşdırmalarının aparılması, qiymət təhlillərinin hazırlanması və alternativ təkliflərin təqdim edilməsi;
- Təchizatçılarla danışıqların aparılması və işgüzar münasibətlərin inkişaf etdirilməsi;
- Satınalma fəaliyyəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müqavilə və digər satınalma sənədlərinin hazırlanması prosesində aidiyyəti struktur bölmələrlə əməkdaşlıq edilməsi.
Tələblər
- İqtisadiyyat, idarəetmə və ya digər uyğun sahə üzrə ali təhsil;
- Satınalma və ya əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
- Satınalma prosedurları və təchizatçılarla iş prinsipləri üzrə biliklər;
- Analitik düşüncə və danışıqlar aparmaq bacarığı;
- MS Excel və digər Microsoft Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətlilik, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
GPRS operatoru
Camal LTD • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Logistika üzrə operator
Profi Transport LLC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
A
Bugün
Satınalma mütəxəssisi
ALUMİN MMC • Bakı
Tam Ştat
800 ₼Müraciət et
K
Bugün
Mağaza anbar işçisi
Kontakt Home • Bakı
Tam Ştat
750 ₼Müraciət et
A
Bugün
Sürücü
AgroTrade Supply • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Planlama mütəxəssisi
Avrora • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et