N
NewTech
Satınalma üzrə mütəxəssis
800 ₼
Vakansiya haqqında
Procurement Specialist / Satınalma üzrə mütəxəssis
Şirkət: “Yeni Texnologiyalar” MMC
Əməkhaqqı: 800–1000 AZN + KPI bonusları
İş təcrübəsi: Minimum 1 il
İş yeri: Bakı şəhəri, 28 May
“Yeni Texnologiyalar” MMC satınalma və məhsulların qiymətləndirilməsi istiqamətində Procurement Specialist axtarır.
Üstünlükdür
- İT avadanlıqları, elektronika və texniki məhsullar üzrə baza bilikləri;
- Xarici istehsalçı və distribütorlarla RFQ prosesi üzrə təcrübə;
- DataSheet və texniki kataloqları analiz etmək bacarığı;
- Rus dili biliyi arzuolunandır.
Əməkhaqqı: 800–1000 AZN + iş nəticələrinə əsasən KPI bonusları.
WhatsApp: +994 50 408 77 87
Müraciət zamanı mövzu hissəsində “Procurement Specialist” qeyd edilməsi xahiş olunur.
Tələblər:
- Procurement, sourcing, satınalma, təchizat və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
- İnternet üzərindən məhsul və xarici təchizatçıları effektiv araşdırmaq bacarığı;
- Texniki parametrləri oxumaq və məhsulları müqayisə etmək bacarığı;
- Qiymət təkliflərini analiz etmək və optimal variantı müəyyən etmək bacarığı;
- İngilis dili – xarici zavod və təchizatçılarla yazışma aparacaq səviyyədə;
- MS Excel proqramında yaxşı işləmək bacarığı;
- Detallara diqqətli, məsuliyyətli və operativ olmaq.
Vəzifə öhdəlikləri:
- Təqdim olunan texniki tələblərə əsasən uyğun məhsul, marka və modellərin araşdırılması;
- Məhsulların texniki parametrlərinin tələblərlə müqayisə edilməsi;
- Tələblərə tam uyğun və ya ekvivalent məhsulların müəyyən edilməsi;
- Xarici istehsalçı, zavod, distribütor və təchizatçıların araşdırılması;
- Xarici şirkətlərə ingilis dilində RFQ/qiymət sorğularının göndərilməsi;
- Təchizatçılardan qiymət, çatdırılma müddəti, mənşə ölkəsi, zəmanət və digər kommersiya şərtlərinin alınması;
- Alınmış təkliflərin müqayisəli şəkildə təhlil edilməsi;
- Məhsulun alış qiymətinin formalaşdırılması və optimal təchizatçının seçilməsi;
- Yerli və xarici bazar qiymətlərinin araşdırılması;
- DataSheet, kataloq və digər texniki sənədlərin yoxlanılması;
- Alternativ təchizatçıların tapılması və təchizatçı bazasının genişləndirilməsi;
- Satınalma üzrə rəhbərə qiymətləndirmə və məhsul seçimi üçün məlumatların təqdim edilməsi.
Oxşar vakansiyalar
A
Bugün
Sürücü
ADIS Azerbaijan • Bakı
Tam Ştat
800 ₼Müraciət et
A
Bugün
Sürücü
Amper Elektrik • Abşeron
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Çatdırılma xidməti üzrə fəhlə (Bakı)
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
N
Bugün
Satınalma Mütəxəssisi
Nimpex • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
T
Bugün
Satınalma üzrə mütəxəssis
Tam Store • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Elektrokar sürücüsü
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et