N

Norm OJSC

Son tarix: 21 Sentyabr 2026

Satınalma üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat9 Sentyabr 202667

Müsahibə əsasında

Vakansiya haqqında

Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km

Tələblər:

  • İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil 
  • Ən azı 2–3 il iş təcrübəsi; çoxsahəli satınalma təcrübəsi üstünlükdür.
  • Əla səviyyədə MS Office biliyi
  • Əla səviyyədə ingilis dili biliyi
  • CIPS sertifikasiyasına üstünlük verilir

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Satınalmanın təşkili: 3 törəmə müəssisənin hər biri üzrə illik satınalma dəyəri 150 000 AZN-ə qədər olan bütün əməliyyat xarakterli alışların (avadanlıq, ehtiyat hissələri, alətlər, xidmətlər və digər istismar materialları) qrupun satınalma qaydalarına uyğun sorğu, təkliflərin müqayisəli təhlili və vaxtında/sərfəli satın alınması, tədarükü.
  • Törəmə şirkətlərin təchizatçılarının ilkin və təkrar qiymətləndirilməsi prosesinin aparılması 
  • Törəmə müəssisələr üzrə təchizatçıların satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət etmək və müvafiq müəssisənin Maliyyə şöbəsinə ayın vaxtında bağlanışı üçün təhvil verilməsi.
  • Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma müddəti və şərtlər cəhətdən müqayisəli təhlili və ən sərfəli təchizatçının seçilməsi.
  • Tullantıların İdarə Olunması Proseduruna müvafiq olaraq Satınalma və logistika şöbəsinə aid məsuliyyətlər üzrə müvafiq əməliyyatların yerinə yetirilməsi
  • Tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
  • Törəmə müəssisələr üzrə təchizatçı seçimi formasının və alış sifarişlərinin hazırlanması.
  • Çatdırılmaların hər bir törəmə müəssisənin əməliyyat ehtiyaclarına uyğun əlaqələndirilməsi.
  • Sənədlərin müvafiq müəssisədə tətbiq olunan idarəetmə sistemi standartlarına (ISO 9001 və s.) uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq.
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta
  • Nəqliyyat
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar