G

Green Tech

Son tarix: 1 İyul 2026

Satınalma üzrə operator

Logistika və TəchizatBakıTam Ştat1 İyun 2026223

Müsahibə əsasında

Vakansiya haqqında

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən  “Green Tech” MMC şirkəti  “Satınalma üzrə operator”(qadın) vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • Satınalma prosesləri ilə bağlı müqavilələrin, sifarişlərin və digər sənədlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi; 
  • Anbar, mühasibatlıq və satınalma şöbələri arasında məlumat və sənəd dövriyyəsinin koordinasiya edilməsi; 
  • Təchizatçılarla bağlanmış müqavilələrin və sifarişlərin icrasının izlənilməsi; 
  • Bölgələr üzrə satınalma tələblərinin toplanması, qiymətləndirilməsi və müəyyən edilmiş hissəsinin icra edilməsi; 
  • Təchizatçılardan qiymət təkliflərinin alınması və müqayisəli təhlil üçün məlumatların hazırlanması; 
  •  Rəhbərlik tərəfindən tələb olunan satınalma hesabatlarının hazırlanmasına dəstək göstərilməsi; 

Tələblər:

  • Ali təhsil 
  • Müvafiq sahədə 6 aydan - 1 ilə dək iş təcrübəsi ( istehsalat sahələri arzu olunandır)
  • Microsoft office proqramlarından və 1C istifadə bacarığı
  • Rus dilli, İnglis dili( arzu olunandır)
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

 İş barədə məlumat

  • İş qrafiki: 08:00-17:00 (beş günlük iş həftəsi);
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə Satınalma üzrə operator (qadın) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar