M

Moya Trade MMC

Son tarix: 3 Dekabr 2026

Satış ekspeditoru (Meyvə-tərəvəz)

Marketinq və SatışBakıTam Ştat3 Noyabr 2026233

800 ₼

Vakansiya haqqında

İş şəraiti

  1. Əmək haqqı: Sabit 800 AZN + KPI(bonus sistemi) 2000 AZN + avtomobil xərclərinin kompensasiyası
  2. İş yeri: Bakı şəhəri
  3. İş qrafiki: 6 günlük iş həftəsi saat 09:00-17:00 (Şənbə günü 09:00-14:00)
  4. Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
  5. Yanacaq xərclərinin qarşılanması;
  6. Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası;
  7. Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Namizədlər CV-lərini [email protected] qeyd olunan elektron poçt ünvanına “Satış ekspeditoru” başlığı ilə göndərə bilərlər.

Tələblər:

  1. Şəxsi avtomobilinin olması (mütləqdir);
  2. Satış və ya ekspeditor sahəsində iş təcrübəsi;
  3. Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir;
  4. Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq;
  5. Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı;
  6. Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.

Vəzifə öhdəlikləri:

  1. Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
  2. Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması;
  3. Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
  4. Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili;
  5. Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli;
  6. Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
  7. Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması;
  8. Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar