T

Tribe

Son tarix: 20 Sentyabr 2026

Satış Meneceri

Marketinq və SatışBakıTam Ştat21 Avqust 2026189

500

Vakansiya haqqında

TRIBE komandasına kamera qarşısında sərbəst çıxış edə bilən, özünü düzgün ifadə edən və satış sahəsində inkişaf etmək istəyən Satış Meneceri axtarırıq.

Vəzifə öhdəlikləri

  • Müştərilərlə əlaqələrin qurulması və satış prosesinin idarə edilməsi
  • Məhsul və xidmətlərin müştərilərə təqdim olunması
  • Kamera qarşısında video çəkilişlərdə və sosial media kontentində iştirak
  • Potensial müştərilərlə danışıqların aparılması
  • Satışların həyata keçirilməsi və müştəri bazasının inkişaf etdirilməsi

Tələblər

  • Kamera qarşısında rahat və sərbəst danışıq bacarığı
  • Güclü ünsiyyət və təqdimat bacarığı
  • Satışa və nəticəyə fokuslanmaq
  • Aktiv, məsuliyyətli və təşəbbüskar olmaq
  • Azərbaycan dilində səlis danışıq
  • Satış təcrübəsi arzuolunandır

İş şəraiti

  • Maaş: 500 AZN + satışdan bonus
  • İş yeri: Bakı, Yasamal rayonu
  • İş qrafiki: Tam iş günü

Əgər insanlarla rahat ünsiyyət qurursansa, kamera qarşısında özünü sərbəst ifadə edə bilirsənsə və satışda uğur qazanmaq istəyirsənsə, TRIBE komandasına qoşul!

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar