Vakansiya haqqında
Bompani komandamıza Satış Meneceri axtarır.
Fəaliyyət sahəmiz quraşdırılan mətbəx texnikasıdır. Bu vəzifədə çalışan əməkdaş yalnız məhsul satışı ilə deyil, həmçinin mətbəx mebeli, texniki uyğunluq və müştərinin ehtiyacına uyğun düzgün məhsul seçimi ilə bağlı biliklər əldə edir.
Şirkətimizdə əməkdaşlara etibar və sərbəst işləmə mühiti yaradılır. Buna görə də bu vəzifə özünü idarə etməyi bacaran, məsuliyyətli, təşəbbüskar və öyrənməyə açıq namizədlər üçün xüsusilə uyğundur.
Məqsədimiz yalnız satış həyata keçirən əməkdaş deyil, zamanla komandaya real dəyər qatan və etibar olunan peşəkar satış mütəxəssisləri yetişdirməkdir.
Vəzifə öhdəlikləri
- Mağazaya müraciət edən müştərilərə məhsulların təqdimatını həyata keçirmək
- Müştərinin ehtiyaclarını müəyyənləşdirərək uyğun mətbəx texnikasının seçilməsinə kömək etmək
- Məhsulların texniki xüsusiyyətlərini, funksiyalarını və üstünlüklərini izah etmək
- Müştəriyə fərdi təkliflər hazırlamaq, təqdim etmək və satış prosesini izləmək
- Satışı uğurla yekunlaşdırmaq və sifarişləri rəsmiləşdirmək
- Mövcud və potensial müştərilərlə peşəkar və düzgün ünsiyyət qurmaq
- Müştəri müraciətlərini və satış proseslərini vaxtında təqib etmək
- Rəhbərliyin verdiyi tapşırıqları vaxtında və tələb olunan qaydada yerinə yetirmək
- Görülən işlər üzrə gündəlik və həftəlik hesabatlar hazırlamaq
- Bazar və rəqib araşdırmaları aparmaq, rəqiblərin fəaliyyətini analiz etmək
Tələblər
- Satış sahəsində iş təcrübəsi arzuolunandır
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Müştəri yönümlü yanaşma
- MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Aktiv, çevik və təşəbbüskar olmaq
- Məsuliyyətli və nizam-intizamlı olmaq
- Müstəqil işləməyi və özünü idarə etməyi bacarmaq
- Yeni məhsul və texniki məlumatları öyrənməyə həvəsli olmaq
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
- Rus dili biliyi üstünlükdür
İş şəraiti
- İş qrafiki: 6 günlük, 09:00–19:00
- İş yeri: Bakı şəhəri, N.Yusifbəyli küç. 42C
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Şirkətdaxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Peşəkar və inkişaf yönümlü iş mühiti
Oxşar vakansiyalar
СММ менеджер
"Creative TK" Education Complex • Bakı
Satış mütəxəssisi
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Corporate Sales Specialist (JCB Aftersales / Service & Spare Parts)
Tegeta Motors Baku • Bakı
Marketinq Təcrübəçi
Aqrar Tədarük və Təchizat • Bakı
Satış Təmsilçisi (Horeco)
Inci Group Of Companies • Bakı
Mağaza formatı üzrə menecer
Kontakt Home • Bakı