C
Caspian Textile MMC
Satış Meneceri
Müsahibə əsasında
Vakansiya haqqında
Caspian Textile komandamıza qoşulmaq üçün korporativ satış sahəsində təcrübəli və nəticəyönümlü Satış Meneceri axtarırıq.
Vəzifə öhdəlikləri
- Şirkətin tekstil məhsulları, korporativ geyim, işçi geyimləri, uniforma və digər tikiş məhsullarının korporativ müştərilərə satışını həyata keçirmək
- Yeni korporativ müştərilərin müəyyən edilməsi və cəlb olunmasını təmin etmək
- Potensial müştərilərlə əlaqələr qurmaq və uzunmüddətli əməkdaşlıqları inkişaf etdirmək
- Mövcud müştəri portfelini idarə etmək, müştəri məmnuniyyətini və təkrar satışları artırmaq
- Müştərilərlə görüşlər keçirmək, onların məhsul, dizayn, material, həcm və çatdırılma tələblərini müəyyən etmək
- Müştəri ehtiyaclarına uyğun məhsul və istehsal həlləri təqdim etmək
- Kommersiya təklifləri və qiymət təklifləri hazırlamaq, danışıqlar aparmaq və müqavilələrin bağlanmasını təmin etmək
- Satış prosesini ilkin əlaqədən sifarişin rəsmiləşdirilməsinə qədər idarə etmək
- İri korporativ sifarişlərin cəlb olunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək
- Satış planlarının və müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək
- Bazar tendensiyalarını, potensial müştəriləri və rəqiblərin fəaliyyətini izləmək
- Müştərilərdən daxil olan məlumatları istehsal və digər aidiyyəti şöbələrlə koordinasiya etmək
Tələblər
- Ali təhsil (Biznesin İdarə Edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür)
- Minimum 5 il satış sahəsində iş təcrübəsi
- B2B və korporativ satış sahəsində təcrübə
- Tekstil, geyim, istehsal, FMCG və ya digər korporativ məhsulların satışı üzrə təcrübə üstünlükdür
- Korporativ müştərilərlə işləmək və uzunmüddətli biznes əlaqələri qurmaq bacarığı
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə danışıqlarının aparılması üzrə təcrübə
- Nəticəyönümlü və təşəbbüskar yanaşma
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı
İş şəraiti
- Rəsmi əmək müqaviləsi
- Yanacaq və mobil telefon xərclərinin şirkət tərəfindən qarşılanması
- Satış nəticələrinə əsaslanan motivasiya və bonus sistemi
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Stabil və dinamik iş mühiti
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Meneceri” qeyd etməklə şirkətin Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
G
Bugün
Korporativ satış üzrə təcrübəçi
Grinco • Bakı
Təcrübə
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Onlayn satış üzrə məshələtçi
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
H
Bugün
Менеджер по продажам
Hertz Azerbaijan • Bakı
Tam Ştat
900 ₼Müraciət et
C
Bugün
Satış Təmsilçisi – Xaricdən avtomobil Satışı
Carbroker.az • Bakı
Tam Ştat
500 ₼Müraciət et
V
Bugün
SMM menecer
VNBOOKHOUSE • Bakı
Tam Ştat
600 ₼Müraciət et
P
Bugün
Младший менеджер по закупкам
Pharmaline Group • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et