450 ₼
Vakansiya haqqında
Satış sahəsində özünü inkişaf etdirmək istəyirsən, amma təcrübən azdır?
O zaman Bronio komandasında sənə uyğun imkanımız var.
Bronio — bizneslər üçün müasir rezervasiya həlləri təklif edən platformadır.
Biz komandamıza satış sahəsində özünü inkişaf etdirmək istəyən menecerlər axtarırıq.
Sənə nə veririk?
- Satış sahəsində real iş təcrübəsi;
- Bronio məhsulu və satış prosesi üzrə ilkin təlim;
- Fix əməkhaqqı + bonus sistemi;
- Satış nəticən artdıqca gəlirini artırmaq imkanı;
Test mərhələsi
- İlk 2 həftə sınaq mərhələsi olacaq.
Bu müddət ərzində namizədin: ünsiyyət bacarığı, öyrənmə sürəti, aktivliyi, satışa yanaşması və nəticələri qiymətləndiriləcək.
Sınaq mərhələsini uğurla keçən namizədlə fix əməkhaqqı + bonus şərtləri ilə əməkdaşlıq davam etdiriləcək. Sınaq mərhələsində gündəlik xərclər şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində “Junior Satış Meneceri” qeyd etməyin kifayətdir.
Təcrübən azdırsa, problem deyil. Əsas odur ki, öyrənməyə və qazanmağa həvəsin olsun.
Tələblər:
- Rus dilində sərbəst ünsiyyət;
- Azərbaycan dilində yaxşı ünsiyyət qurmaq;
- İnsanlarla rahat danışmaq və əlaqə yaratmaq;
- Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmək;
- Satış təcrübəsinin olması vacib deyil.
Əsas olan ünsiyyət bacarığın, öyrənmək istəyin və nəticə əldə etmək həvəsindir.
Vəzifə öhdəlikləri:
- Potensial biznes müştəriləri ilə əlaqə saxlamaq;
- Bronio haqqında məlumat vermək;
- Platformanın üstünlüklərini təqdim etmək;
- Müştərilərin suallarını cavablandırmaq;
- Satış prosesini öyrənmək və həyata keçirmək.
Oxşar vakansiyalar
Korporativ satış üzrə Mütəxəssis
Selection Gallery • Bakı
Meyvə İxracı üzrə Satış Meneceri
Avromak MMC • Bakı
Ticket Sales and Campaign Manager
IRES • Bakı
Topdan satış mütəxəssisi
Acom ( AZ-EL MMC) • Bakı
Satış təmsilçisi
Techmart MMC • Bakı
Satış Meneceri
AQUA ESTETİCA MMC • Bakı