F

FZ Academy

Son tarix: 8 Noyabr 2026

Satış Meneceri

Marketinq və SatışBakıTam Ştat9 Oktyabr 202658

500 ₼

Vakansiya haqqında

FZ Academy-də Satış Meneceri Vakansiyası

FZ Academy komandamıza qoşulacaq, ünsiyyət bacarığı güclü, aktiv və nəticəyönümlü Satış Meneceri axtarırıq! 

Vəzifə öhdəlikləri:

• Tədris xidmətlərimiz haqqında potensial tələbələrə ətraflı məlumat vermək;
• Təhsil xidmətlərinin satışını həyata keçirmək və qeydiyyat prosesini idarə etmək;
• Soyuq satış zəngləri edərək potensial tələbələri cəlb etmək;
• Daxil olan zəng və müraciətləri operativ şəkildə cavablandırmaq;
• Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun tədris proqramlarını təklif etmək;
• Tələbə və valideynlərlə effektiv, uzunmüddətli əlaqələrin qurulmasını təmin etmək;
• Satış planlarının yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərmək;
• Potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq və müraciətlərin nəticəsini izləmək;
• Gündəlik və aylıq satış nəticələrini təhlil etmək, rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək.

Namizədə tələblər:

• Ali təhsil;
• Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
• Azərbaycan dilində səlis nitq və fikirlərini aydın ifadə etmək qabiliyyəti;
• Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq;
• Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı;
• Kompüter bilikləri və MS Office proqramlarından istifadə bacarığı;
• Satış sahəsində iş təcrübəsi arzuolunandır;
• Təhsil sahəsində və ya telefon satışlarında təcrübəsi olan namizədlərə üstünlük verilir.

Biz nə təklif edirik?

• Peşəkar və dinamik iş mühiti;
• Əmək haqqı 500-1800 AZN ( + satışdan gələn bonus)
• Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
• Dəstəkləyici komanda və inkişafyönümlü iş şəraiti.

📩 Müraciət qaydası: CV-nizi [email protected] ünvanına "satış meneceri" yazıb göndərin 

📍 İş yeri: FZ Academy

Əgər ünsiyyət qurmağı, insanları düzgün istiqamətləndirməyi və satış sahəsində uğur qazanmağı sevirsinizsə, komandamıza qoşulun!

Oxşar vakansiyalar