B

Bafco İnvest

Son tarix: 23 Noyabr 2026

Satış meneceri - Bafco İnvest (Bakı, 2026)

Marketinq və SatışBakıTam Ştat24 Oktyabr 202657

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Bakı, Azərbaycan  

İş rejimi: Tam iş günü

Vəzifənin məqsədi

  • Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələrinin korporativ müştərilərə satışını həyata keçirmək, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq.

Əsas vəzifə öhdəlikləri

  • Neft-qaz, tikinti, sənaye, istehsalat, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətləri müəyyən etmək və yeni müştərilər cəlb etmək.
  • Korporativ müştərilərlə görüşlər keçirmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək.
  • Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri, dəbilqələr, əlcəklər, qoruyucu eynəklər və digər FMV məhsullarının satışını həyata keçirmək.
  • Kommersiya təklifləri, qiymət hesablamaları və satış müqavilələri hazırlamaq.
  • Tenderlərdə, satınalma müsabiqələrində və korporativ satınalma proseslərində iştirak etmək.
  • Müştərilərlə danışıqlar aparmaq, qiymət və ödəniş şərtlərini razılaşdırmaq.
  • Müştəri bazasını genişləndirmək və CRM sistemində məlumatları vaxtında yeniləmək.
  • Satış planlarının və aylıq/illik hədəflərin yerinə yetirilməsini təmin etmək.
  • Bazar, rəqiblər və müştərilərin tələbləri barədə məlumat toplamaq.
  • Sifarişlərin icrasını, çatdırılmanı və ödənişlərin vaxtında həyata keçirilməsini aidiyyəti şöbələrlə koordinasiya etmək.

Namizədə olan tələblər

  • Ali təhsil arzuolunandır.
  • Müvafiq sahə üzrə B2B satış sahəsində minimum 3–5 il iş təcrübəsi.
  • Sənaye məhsulları, təhlükəsizlik geyimləri, fərdi mühafizə vasitələri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür.
  • Yeni müştərilərin müstəqil şəkildə tapılması və satış imkanlarının yaradılması bacarığı.
  • Korporativ müştərilərlə, satınalma və təchizat şöbələri ilə danışıqlar aparmaq bacarığı.
  • Kommersiya təkliflərinin, qiymət cədvəllərinin və hesabatların hazırlanması bacarığı.
  • MS Office proqramlarında işləmək bacarığı; CRM təcrübəsi üstünlükdür.
  • Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür.
  • Güclü ünsiyyət, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı.
  • Nəticəyönümlülük, məsuliyyətlilik və müstəqil işləmək bacarığı.
  • Ezamiyyətlərə və müştəri görüşləri üçün səfərlərə hazır olmaq.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Satış meneceri” qeyd edərək  CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar