A

ASOR GROUP

Son tarix: 28 Noyabr 2026

Satış meneceri - ASOR GROUP (Bakı, 2026)

Marketinq və SatışBakıTam Ştat28 Oktyabr 2026112

700 ₼

Vakansiya haqqında

Vakansiya haqqında

Əmək haqqı: 700 AZN + satışdan bonus

İş qrafiki: 6 günlük iş həftəsi, 09:00-dan-18:00-dək

Rahat və peşəkar iş mühiti

Rəsmi əmək müqaviləsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun qeydiyyat

Ünvan: Babək prospekti, BABEK PLAZA

 

 

Tələblər:

  1. Ali təhsil arzuolunandır
  2. Cins: xanım namizədlər
  3. Satış sahəsində azı 1 il iş təcrübəsi
  4. 25-35 yaş aralığı
  5. Güclü ünsiyyət və təqdimat bacarığı
  6. Komandada işləmək bacarığı və satış nəticələrinə fokuslanmaq
  7. Məsuliyyətli, təşəbbüskar və nəticə yönümlü yanaşma

 

Vəzifə öhdəlikləri:

  1. Hazır müştərilərlə işgüzar münasibətlərin davamlı şəkildə inkişaf etdirilməsi
  2. Müştəri ehtiyaclarının öyrənilməsi və uyğun məhsulların təklif olunması
  3. Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi
  4. Qiymət, məhsul və satış şərtləri üzrə danışıqların aparılması
  5. Sifarişin qəbulundan çatdırılmaya qədər prosesin izlənilməsi və koordinasiyası (sifarişin qeyd olunması, anbara yönləndirilməsi və s.)
  6. Satış plan və hədəflərinin icra edilməsi
  7. Müştəri bazasının genişləndirilməsi
  8. Yeni müştərilərin tapılması və əməkdaşlığa cəlb edilməsi

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar