Müsahibə əsasında
Vakansiya haqqında
İş yeri: Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Vəzifənin məqsədi
- Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri və digər fərdi mühafizə vasitələrinin korporativ müştərilərə satışını həyata keçirmək, yeni müştərilər cəlb etmək və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq.
Əsas vəzifə öhdəlikləri
- Neft-qaz, tikinti, sənaye, istehsalat, logistika və digər sahələrdə fəaliyyət göstərən şirkətləri müəyyən etmək və yeni müştərilər cəlb etmək.
- Korporativ müştərilərlə görüşlər keçirmək, onların ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək.
- Təhlükəsizlik ayaqqabıları, xüsusi iş geyimləri, dəbilqələr, əlcəklər, qoruyucu eynəklər və digər FMV məhsullarının satışını həyata keçirmək.
- Kommersiya təklifləri, qiymət hesablamaları və satış müqavilələri hazırlamaq.
- Tenderlərdə, satınalma müsabiqələrində və korporativ satınalma proseslərində iştirak etmək.
- Müştərilərlə danışıqlar aparmaq, qiymət və ödəniş şərtlərini razılaşdırmaq.
- Müştəri bazasını genişləndirmək və CRM sistemində məlumatları vaxtında yeniləmək.
- Satış planlarının və aylıq/illik hədəflərin yerinə yetirilməsini təmin etmək.
- Bazar, rəqiblər və müştərilərin tələbləri barədə məlumat toplamaq.
- Sifarişlərin icrasını, çatdırılmanı və ödənişlərin vaxtında həyata keçirilməsini aidiyyəti şöbələrlə koordinasiya etmək.
Namizədə olan tələblər
- Ali təhsil arzuolunandır.
- Müvafiq sahə üzrə B2B satış sahəsində minimum 3–5 il iş təcrübəsi.
- Sənaye məhsulları, təhlükəsizlik geyimləri, fərdi mühafizə vasitələri və ya texniki məhsulların satışında təcrübə üstünlükdür.
- Yeni müştərilərin müstəqil şəkildə tapılması və satış imkanlarının yaradılması bacarığı.
- Korporativ müştərilərlə, satınalma və təchizat şöbələri ilə danışıqlar aparmaq bacarığı.
- Kommersiya təkliflərinin, qiymət cədvəllərinin və hesabatların hazırlanması bacarığı.
- MS Office proqramlarında işləmək bacarığı; CRM təcrübəsi üstünlükdür.
- Azərbaycan dilində sərbəst ünsiyyət; rus və ingilis dillərini bilmək üstünlükdür.
- Güclü ünsiyyət, təqdimat, inandırma və danışıqlar aparmaq bacarığı.
- Nəticəyönümlülük, məsuliyyətlilik və müstəqil işləmək bacarığı.
- Ezamiyyətlərə və müştəri görüşləri üçün səfərlərə hazır olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Satış meneceri” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Satış Təmsilçisi
Embawood
BakıTam Ştat
500 ₼Dünən
C
International B2B Sales Manager
Capitals28
BakıTəcrübə
Müsahibə əsasındaDünən

Satış koordinatoru
Rəmzioğlu Paxlava
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Ehtiyat satış müvəkkili
Zeytun Pharmaceuticals
BakıTam Ştat
730 ₼Dünən
Satış nümayəndəsi (aptek kanalı)
Zeytun Pharmaceuticals
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Satış üzrə menecer
Fostanpak MMC
BakıTam Ştat
1000 ₼Dünən
