Sparro Home
Satış meneceri (Mebel sahəsi üzrə)
1000 ₼
Vakansiya haqqında
Şirkət haqqında
Böyüyən mebel istehsalı komandamıza fərdi (custom) mebel layihələri üzrə müştəri ehtiyaclarını düzgün analiz edən, satış prosesini peşəkar şəkildə idarə edə bilən və nəticəyönümlü Satış Meneceri axtarırıq.
İş şəraiti və təklif etdiklərimiz
- İş qrafiki: 5 günlük iş həftəsi, həftədə 2 gün istirahət;
- Əməkhaqqı: Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus/faiz sistemi;
- Müasir şou-rum və peşəkar iş mühiti;
- Dizayn, konstruksiya və istehsalat komandası ilə birbaşa işləmək imkanı;
- Mebel və interyer sahəsində bilik və satış bacarıqlarının inkişaf etdirilməsi;
- Nəticələrə uyğun karyera və gəlir artımı imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Custom Mebel üzrə Satış Meneceri” qeyd etməklə [email protected] ünvanına göndərə və ya +994502802017 vasitəsilə müraciət edə bilərlər.
Tələblər:
-Yaş həddi: 25+
- Fərdi mebel, interyer, tikinti materialları və ya əlaqəli sahələrdə minimum 1–2 il satış təcrübəsi;
- Mebel materialları, furnitura və istehsal prosesləri haqqında baza bilikləri;
- Məkan, ölçü və proporsiya anlayışının olması;
- Texniki eskiz, plan və ölçüləri oxuma bacarığı üstünlükdür;
- Dizayn və ya eskiz proqramları haqqında ilkin biliyin olması üstünlükdür;
- Azərbaycan dilində səlis ünsiyyət bacarığı;
- Rus və/və ya ingilis dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştərinin ehtiyacını düzgün müəyyənləşdirmək və uyğun həll təklif etmək bacarığı;
- Məsuliyyətlilik, detallara diqqət, sistemli və nəticəyönümlü iş prinsipi;
- Eyni vaxtda bir neçə müştəri və layihəni idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Şou-ruma gələn və rəqəmsal kanallar vasitəsilə müraciət edən müştəriləri qarşılamaq, ehtiyac və gözləntilərini müəyyənləşdirmək;
- Mətbəx, qarderob və digər fərdi mebel layihələri üzrə ilkin konsultasiya vermək;
- Müştərinin ehtiyacına və büdcəsinə uyğun material, rəng, səth və furnitura seçimində istiqamətləndirmə aparmaq;
- Dizayn və konstruktor komandası ilə əməkdaşlıq edərək layihə üçün ilkin həllin və qiymət təklifinin hazırlanmasını koordinasiya etmək;
- Kommersiya təkliflərini təqdim etmək, danışıqları aparmaq və satış prosesini müqavilə mərhələsinə çatdırmaq;
- Sifariş təsdiqləndikdən sonra istehsal, çatdırılma və quraşdırma mərhələlərinin gedişatını izləmək və müştərini məlumatlandırmaq;
- Mövcud müştərilərlə uzunmüddətli münasibətləri qorumaq;
- Yeni fərdi və korporativ (B2B) müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Satış məlumatlarının və müştəri müraciətlərinin sistemli şəkildə qeydiyyatını aparmaq.
Oxşar vakansiyalar
Asistent
Bayramzadegroup • Bakı
Tiktok üzrə ssenarist
Supertoys • Bakı
Reception
Le’Ma Spa & Beauty center • Bakı
Creative Content Creator
Arzena Design • Bakı
Korporativ B2B satış mütəxəssisi (Laborator avadanlıqlar və xidmət)
Xəzər Ekoloji Laboratoriyası MMC (XEL) • Bakı
Satıcı
avtomir.az • Bakı