B

BAKFON ELECTRONİCS

Son tarix: 4 Noyabr 2026

Satış mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat5 Oktyabr 202638

1000 ₼

Vakansiya haqqında

Əsas Öhdəliklər:

  • Müştərilərin qarşılanması, məhsullar (məişət texnikası, elektronika və s.) haqqında ətraflı və peşəkar məlumatın verilməsi;
  • Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun məhsulların satışının həyata keçirilməsi;
  • Nağd və hissə-hissə (kredit/taksit) satış şərtləri, kampaniyalar barədə müştərilərin məlumatlandırılması;
  • Satış hədəflərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
  • Vitrinlərin səliqəsinə, məhsulların düzülüşünə və qiymət kağızlarının dəqiqliyinə nəzarət edilməsi;
  • Müştərilərlə uzunmüddətli və müsbət əlaqələrin qurulması, məmnuniyyətin təmin edilməsi.

Namizədə dair Tələblər:

  • Satış sahəsində (üstünlüklə elektronika və məişət texnikası satışı üzrə) iş təcrübəsi;
  • Ünsiyyətcil, inandırıcı və fəal satış bacarığına malik olmaq;
  • Microsoft Office (Word, Excel) və 1C / Micro proqramları üzrə baza bilikləri;
  • Məsuliyyətli, komandada işləmək bacarığı və müştəriyönümlü yanaşma.

İş Şəraiti:

  • İş qrafiki: I - VI günlər, 10:00 – 20:00;
  • İstirahət günü: Həftədə 1 dəfə;
  • Əmək haqqı: 1000 AZN;
  • Ünvan: 28 May metrosu yaxınlığı (Nizami 187).

Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını mövzu hissəsində "Satış təmsilçisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar