S

Superfon

Son tarix: 23 Avqust 2026

Satış Nümayəndəsi (Ekspeditor)

Marketinq və SatışŞəkiTam Ştat23 İyul 202657

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifənin məqsədi: 

  • Məhsulların təyin olunmuş marşrut üzrə müştərilərə təqdim edilməsi, satış hədəflərinin icrası, yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazası ilə davamlı əməkdaşlığın təmin edilməsi.

Vəzifə öhdəlikləri:

  • Müəyyən olunmuş ərazilər üzrə gündəlik satış ziyarətlərini həyata keçirmək;
  • Yeni müştərilər cəlb etmək və mövcud müştəri bazasını inkişaf etdirmək;
  • Sifarişləri qəbul etmək və vaxtında çatdırılmasını koordinasiya etmək;
  • Debitor borclara nəzarət etmək;
  • Satış planlarını yerinə yetirmək;
  • Rəhbərliyə gündəlik və aylıq hesabatlar təqdim etmək;

Tələblər:

  • Minimum 2–3 il satış nümayəndəsi (ekspeditor) vəzifəsində iş təcrübəsi;
  • Şəxsi minik avtomobilinin olması (mütləq);
  • Ali və ya orta ixtisas təhsili;
  • MS Office proqramlarında ilkin biliklər;

Bacarıqlar:

  • Satış və danışıqlar aparmaq bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Müştəriyönümlü yanaşma;
  • Planlama və vaxtın effektiv idarə olunması;
  • Məsuliyyətlilik və nəticəyönümlülük;
  • Problem həll etmə və qərarvermə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ezamiyyətlərə hazır olmaq ( Şəki, Qax, Zaqatala, Balakən və s )

Təminatlar:

  • Rəqabətli əmək haqqı və bonus sistemi;
  • Yanacaq və amortizasiya xərclərinin qarşılanması (şirkət siyasətinə uyğun);
  • Korporativ mobil nömrə;
  • Peşəkar inkişaf və karyera imkanları.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Nümayəndəsi (Ekspeditor)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

Oxşar vakansiyalar