B

BME SH HILTI

Son tarix: 8 Oktyabr 2026

Satış nümayəndəsi (TS)

Marketinq və SatışBakıTam Ştat8 Sentyabr 202640

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri

  • Bazar potensialının qısa və orta müddətli nəzərdən keçirilməsi, inşaat sektorunda bazar və satış imkanlarının araşdırılması, Hilti satış strategiyasının nəzərə alınması və bütün şirkət siyasət və prosedurlarına riayət edilməsi.
  • Tikinti şirkətləri, podratçılar, subpodratçılar, mühəndislər və digər inşaat sektoru mütəxəssisləri ilə effektiv işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi.
  • Mövcud və yeni müştərilərlə davamlı əlaqələrin qurulması, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması.
  • İnşaat layihələrinin, tikinti sahələrinin və potensial müştərilərin müəyyən edilməsi, layihələr üzrə satış imkanlarının araşdırılması və yeni müştərilərin cəlb edilməsi.
  • Məhsulların satışı, Hilti məhsul və həllərinin tikinti sahələrində, ofislərdə və istehsalat müəssisələrində tətbiqinin təşviqi, müştərilərə məhsullar və onların düzgün istifadəsi barədə məlumat verilməsi.
  • Tikinti sahələrinə mütəmadi səfərlərin həyata keçirilməsi, sahədə yaranan texniki və məhsul ehtiyaclarının müəyyən edilməsi və müvafiq həllərin təklif olunması.
  • Satış direktorunun dəstəyi ilə şirkətin strategiyası və prioritetlərinə uyğun olaraq aylıq, rüblük və illik satış hədəflərinin həyata keçirilməsi.
  • Şirkətin strategiyasına sadiq qalmaq, hər il müəyyən edilən biznes və inkişaf məqsədləri çərçivəsində bilik, bacarıq və qabiliyyətləri inkişaf etdirmək.
  • Gündəlik hesabatların, müştərilər haqqında məlumatların, həftəlik/aylıq planların və tələb olunan digər hesabatların rəhbərliyə təqdim edilməsi.
  • Satışdan sonra müştəri borclarının və alacaqların müəyyən edilmiş müddətlər çərçivəsində izlənilməsi və vaxtında toplanılmasının təmin edilməsi.
  • İnşaat sektorunda yeni satış kanallarının və biznes imkanlarının müəyyən edilməsi, rəqiblərin və bazar tendensiyalarının izlənilməsi.

Namizədə tələblər

  • Mühəndislik və ya inşaat sahəsində təhsil almış namizədlərə üstünlük verilir.
  • İnşaat sektorunda satış və ya tikinti məhsullarının satışı üzrə iş təcrübəsi üstünlükdür.
  • Yüksək ünsiyyət bacarığı, satışda uğur qazanmaq və hədəf yönümlü inkişaf etmək istəyi.
  • Nəticəyönümlü, dinamik və enerjili olmaq.
  • Müştərilərlə effektiv ünsiyyət qurmaq və özünü düzgün ifadə etmək bacarığı.
  • Problemlərin həllində və qərarların qəbul edilməsində strateji və yaradıcı yanaşma.
  • İngilis və rus dili biliyi.
  • MS Office proqramlarında işləmək bacarığı.
  • Sürücülük vəsiqəsi.
  • Tikinti sahələrində və müştərilərlə aktiv şəkildə işləməyə hazır olmaq.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Satış Nümayəndəsi” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar