F
FAB Boya və Kimya Sənayesi MMC
Satış Təmsilçisi
500 ₼
Vakansiya haqqında
Vakansiya bölgələri: Bakı, Sabirabad, Göyçay, Lənkəran, Şəki
FAB Şirkətlər Qrupu peşəkar satış komandasını genişləndirir. Satış sahəsində təcrübəsi olan, nəticəyönümlü və dinamik iş mühitində çalışmağa həvəsli namizədləri Satış Təmsilçisi vəzifəsinə dəvət edirik.
Təklif olunur
Sabit əmək haqqı:
-
Bakı – 500 AZN
-
Bölgələr – 400 AZN
Aylıq 1000 AZN-dən yuxarı bonus imkanı
Yanacaq xərclərinin qarşılanması
İş qrafiki: 08:00 dan–17:00 dək
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Korporativ və dinamik iş mühiti
Böyüyən və uğurlu komandanın üzvü olmaq imkanı
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Satış Təmsilçisi – Yaşayış yeri” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Elanın əhatə etdiyi bölgələr üzrə yaşayış yerinizi CV göndərərkən mövzu hissəsində mütləq qeyd edin.
Tələblər:
-
Şəxsi avtomobilin olması mütləqdir;
-
B kateqoriyalı sürücülük vəsiqəsi;
-
Yaş həddi: 25–45 yaş;
-
Soyuq satış sahəsində minimum 2 il iş təcrübəsi;
-
Müştəri ehtiyaclarını düzgün analiz etmək və uyğun məhsulu təqdim etmək bacarığı;
-
Satış göstəricilərini təhlil etmək və nəticəyönümlü işləmək bacarığı;
-
Güclü ünsiyyət, təqdimat və inandırma bacarığı;
-
Komandada effektiv işləmək bacarığı;
-
İnkişafa açıq və təşəbbüskar olmaq;
-
Məsuliyyətli, intizamlı və operativ işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-
Şirkətin məhsullarının satışının həyata keçirilməsi;
-
Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə iş;
-
Soyuq satışların həyata keçirilməsi;
-
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun məhsulların təqdim edilməsi;
-
Satış hədəflərinin yerinə yetirilməsi;
-
Müştərilərlə effektiv və uzunmüddətli münasibətlərin qurulması;
-
Satış nəticələrinin təhlili və hesabatların hazırlanması.
Oxşar vakansiyalar
P
Bugün
Pərakəndə Lizinq Nümayəndəsi (Satış nümayəndəsi) - Xaçmaz filialı
Prior Leasing • Bakı
Tam Ştat
534 ₼Müraciət et
O
Bugün
Marketinq menecer
Olivia Beauty & Care • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
O
Bugün
Merçendayzer
Olivia Beauty & Care • Bakı
Tam Ştat
800 ₼Müraciət et
M
Bugün
SMM
MERTMAKİNA • Bakı
Tam Ştat
700 ₼Müraciət et
S
Bugün
Rəqəmsal Marketinq mütəxəssisi
Social Lab • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
P
Bugün
Korporativ Satış Mütəxəssisi
Pro Con izo MMC • Bakı
Tam Ştat
1000 ₼Müraciət et