C

Caspian Prof Cosmetics

Son tarix: 14 Oktyabr 2026

Satış Təmsilçisi

Marketinq və SatışBakıTam Ştat14 Sentyabr 202623

Müsahibə əsasında

Vakansiya haqqında

Caspian Prof Cosmetics MMC — Wella Professionals və Londa Professional brendlərinin Azərbaycanda rəsmi distribyutorudur və komandamıza Satış Təmsilçisi axtarır.

Vəzifə öhdəlikləri:

  • Wella Professionals məhsullarını təqdim etmək və yeni salonlarla aktiv əməkdaşlıq qurmaq;
  • Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin qorunması və inkişaf etdirilməsi;
  • Salonlara mütəmadi səfərlər və məhsullar haqqında təqdimatların keçirilməsi;
  • Satış planlarının yerinə yetirilməsi və nəticələrin artırılması;
  • Bazar və peşəkar saç baxımı sahəsində yeni tendensiyaları izləmək;
  • Müştərilərin ehtiyaclarını müəyyən etmək və uyğun məhsul həlləri təklif etmək.

Namizədə tələblər:

  • Yaş: 25–45 yaş;
  • Satış sahəsində 1 ildən 3 ilə qədər iş təcrübəsi;
  • Kosmetika, gözəllik və ya peşəkar saç baxımı sahəsində təcrübə arzuolunandır;
  • Wella Professionals brendi haqqında məlumatlı olmaq üstünlükdür;
  • Şəxsi avtomobilin olması üstünlükdür, lakin məcburi deyil;
  • Əla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik və nəticə yönümlülük;
  • Komandada işləmək bacarığı;
  • Azərbaycan və rus dillərini yaxşı bilmək;
  • Qadın namizədlərə üstünlük verilir.
  • Təhsil: Vacib deyil

Biz nə təklif edirik:

  • Rəqabətli əmək haqqı və bonus sistemi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • İşin bütün mərhələlərində dəstək;
  • Mehriban və peşəkar komanda;
  • Beynəlxalq və tanınmış Wella Professionals brendi ilə işləmək imkanı;
  • Gözəllik və peşəkar saç baxımı sahəsində inkişaf etmək üçün perspektivli iş mühiti.

İş qrafiki:

  • Bazar ertəsi – Cümə: 09:00–18:00
  • Şənbə: 10:00–14:00

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar