A

Azera Holding

Son tarix: 25 Oktyabr 2026

Satış Təmsilçisi

Marketinq və SatışBakıTam Ştat25 Sentyabr 2026109

700 ₼

Vakansiya haqqında

“KATAN Textile” komandası məhsullarımızın satışının inkişafında və müştəri portfelinin genişləndirilməsində aktiv rol oynayacaq Satış Təmsilçisi axtarılır.

Əsas vəzifə öhdəlikləri

  • Təhkim olunmuş satış ərazisi üzrə mövcud müştərilərlə davamlı əlaqələrin qurulması və yeni müştərilərin cəlb edilməsi;
  • Təsdiq edilmiş marşrut və ziyarət planına uyğun olaraq müştərilərə mütəmadi səfərlərin həyata keçirilməsi, görüş və sifarişlərin sistemli şəkildə qeydiyyata alınması;
  • KATAN Textile məhsullarının çeşidi, xüsusiyyətləri və satış şərtləri barədə müştərilərə ətraflı məlumat verilməsi və sifarişlərin formalaşdırılması;
  • Təsdiq edilmiş satış planı və fərdi hədəflər üzrə gündəlik fəaliyyətin planlaşdırılması və nəticələrin rəhbərliyə təqdim edilməsi;
  • Satış nöqtələrində məhsulların mövcudluğu, düzgün nümayişi və qiymət məlumatlarının monitorinqi;
  • Müştəri sifarişlərinin, çatdırılma tələblərinin və iradların aidiyyəti struktur bölmələrə vaxtında ötürülməsi və icra vəziyyətinin izlənilməsi;
  • Müştərilər üzrə debitor borclarının izlənilməsi və ödənişlərin vaxtında həyata keçirilməsi üçün müvafiq kommunikasiya;
  • Bazar, rəqiblər, qiymətlər və müştəri tələbatı barədə məlumatların toplanılması, yeni satış imkanları üzrə təkliflərin hazırlanması;
  • Gündəlik ziyarət, yeni müştəri, sifariş və satış nəticələri üzrə hesabatların hazırlanması.

Vəzifəyə dair tələblər

  • Orta ixtisas və ya ali təhsil;
  • Satış sahəsində iş təcrübəsi üstünlükdür;
  • B kateqoriyalı qüvvədə olan sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması vacibdir;
  • Şəxsi avtomobildən gündəlik işgüzar səfərlərdə istifadə etmək imkanı;
  • Sahə satışları, müştəri münasibətlərinin idarə edilməsi və danışıqların aparılması üzrə bacarıqlar;
  • Satış marşrutlarının planlaşdırılması, mobil tətbiqlər və sadə hesabat sistemlərindən istifadə bacarığı;
  • MS Office və rəqəmsal satış alətləri ilə işləmək bacarığı üstünlükdür.
  • Şəxsi keyfiyyətlər
  • Güclü kommunikasiya bacarığı;
  • Müştəriyönümlülük;
  • Nəticəyönümlülük və satış hədəflərinə fokuslanma;
  • Məsuliyyətlilik və intizam;
  • Təşəbbüskarlıq və çeviklik;
  • Komandada işləmək bacarığı.

İş şəraiti

  • İş yeri: Təhkim olunmuş satış ərazisi və şirkət tərəfindən müəyyən edilən iş məkanları rut üzrə satışı icrasını təmin etmək.
  • Əmək haqqı: 700 Azn 

KATAN Textile komandasında yer almaq və satış sahəsində peşəkar inkişaf imkanlarından yararlanmaq istəyirsinizsə, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Satış Təmsilçisi” qeyd etməklə müraciət edə bilərsiniz

Oxşar vakansiyalar