K

Kolibri MMC

Son tarix: 21 Avqust 2026

Satış təmsilçisi

Marketinq və SatışBakıTam Ştat21 İyul 202658

600

Vakansiya haqqında

Brend 23 ildir Azərbaycanda Avropanın lüks santexnika məhsullarının satışını həyata keçirir.

Satış üzrə mütəxəssis tələb olunur.

İş vaxtı: 10:00-dan 19:00-dək

Cümə günləri: 14:00-dan 19:00-dək

Bazar günü: 11:00-dan 19:00-dək

Həftədə bir gün istirahət günü

CV-nizi göstərilən WhatsApp nömrəsinə və ya e-mail ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

Müştəri Xidməti: Mağazaya daxil olan müştəriləri qarşılamaq, onların ehtiyaclarını müəyyən etmək və yüksək səviyyədə premium xidmət göstərmək;

Məhsul Təqdimatı: Brendlərin çeşidləri (sanitariya-texnika, vanna otağı mebelləri, aksesuarlar və s.) haqqında müştərilərə ətraflı və peşəkar məlumat vermək;

Satış Prosesi: Satış hədəflərini yerinə yetirmək, sifarişləri rəsmiləşdirmək və satış sonrası prosesi (çatdırılma, quraşdırılma və s.) izləmək;

Dizayn Dəstəyi: Müştərilərin (və ya dizaynerlərin) layihələrinə uyğun olaraq vanna otağı aksesuarlarının və elementlərinin düzgün seçilməsinə köməklik göstərmək;

Merkandayzinq: Vitrinlərin və məhsul sərgi sahəsinin təmiz, nizamlı və şirkət standartlarına uyğun saxlanılmasını təmin etmək;

Əməkdaşlıq: Memar, dizayner və tikinti şirkətləri ilə peşəkar işgüzar münasibətlər qurmaq və inkişaf etdirmək;

Hesabatlılıq: Görülən işlər və satış nəticələri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

Oxşar vakansiyalar