M

My Group Holding MMC

Son tarix: 12 İyul 2026

Satış təmsilçisi (Şəki)

Marketinq və SatışŞəkiTam Ştat12 İyun 202646

Müsahibə əsasında

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

  • Müştərilərə Azercell nömrələrinin və xidmətlərinin təqdim olunması və satışı; 
  • Müştəriyə nömrə seçimi və tariflər barədə ətraflı məlumat vermək; 
  • Müştərilərlə mehriban və peşəkar ünsiyyət qurmaq; 
  • Satış planının icrası və aylıq hədəflərə çatmaq; 
  • Müştəri məlumatlarını düzgün və tam şəkildə sistemə daxil etmək; 
  • Şirkət qaydalarına uyğun sənədləşməni aparmaq; 
  • Mövcud və yeni kampaniyalar haqqında məlumatlı olmaq və müştərilərə təklif etmək; 
  • Müştəri məmnuniyyətini təmin etmək və yaranan sualları cavablandırmaq; 
  • Satış sonrası dəstəyi təmin etmək (məs: aktivləşmə, texniki yönləndirmə); 
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali və ya orta ixtisas təhsili;
  • Satış və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müştəriyönümlü və nəticəyönümlü yanaşma;
  • Komandada işləmək bacarığı;
  • Kompüter bilikləri (MS Office proqramları ilə işləmək bacarığı);
  • Məsuliyyətli, intizamlı və operativ olmaq;
  • Satış hədəfləri ilə işləmək bacarığı.

İş şəraiti

  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
  • İş qrafiki: 6 günlük iş qrafiki.
  • İş yeri: Şəki şəhəri

Uyğun namizədlər CV fomalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “Satış təmsilçisi (Şəki)” adını qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiyalar