D

DOĞTAŞ MMC

Son tarix: 29 Noyabr 2026

Satış üzrə baş mütəxəssis - DOĞTAŞ MMC (Bakı, 2026)

Marketinq və SatışBakıTam Ştat29 Oktyabr 202699

Müsahibə əsasında

Vakansiya haqqında

Doğtaş Mebel komandamıza minimum 3 il satış təcrübəsi olan, müştərilərlə peşəkar ünsiyyət quran, satışı nəticələndirməyi bacaran və yüksək satış göstəriciləri ilə fərqlənən Satış üzrə Baş Mütəxəssis axtarırıq.

·  Yüksək sabit əmək haqqı və satış nəticələrinə uyğun bonus sistemi.

·  Rəsmi əmək müqaviləsi və Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun işə qəbul.

·  Növbəli iş rejimi, həftədə 6 iş günü və 1 gün istirahət.

·        Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcək.

Müraciət qaydası

CV-niz aydın, dolğun və mütləq fotoşəkilli olmalı, [email protected] elektron poçt ünvanına göndərilməlidir.

CV göndərərkən e-poçtun mövzu hissəsində mütləq “Satış üzrə Baş Mütəxəssis” qeyd olunmalıdır.

Telefon: 055 909 53 31

 

Vacib qeyd: Vakansiya satış sahəsində minimum 3 il praktiki təcrübəsi olan namizədlər üçündür.

 Təcrübəsiz namizədlərin müraciət etməməsi xahiş olunur.

Tələblər:

  • Yaş: 25–40 yaş
  • Təhsil: Ali və ya orta ixtisas təhsili
  •   Satış sahəsində minimum 3 il real iş təcrübəsi.
  •   Mebel satışı sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.
  •   Yüksək təqdimat, inandırma və satışı nəticələndirmə bacarığı.
  •   Təmiz, aydın, səlis danışıq və yüksək ünsiyyət mədəniyyəti.
  •   Rus dilində sərbəst danışıq xüsusi üstünlükdür. İngilis dili biliyi arzuolunandır.
  •   AutoCAD, PCon.planner və oxşar dizayn proqramları üzrə bilikləri olan namizədlərə üstünlük verilir.
  •   Baxımlı, səliqəli və peşəkar görünüş.
  •   Kompüterdən sərbəst istifadə və Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı.
  •   Yüksək satış potensialı, nəticəyönümlülük və qısa müddətdə nəticə göstərmək bacarığı.
  •   Məsuliyyətli, təşəbbüskar, intizamlı və karyera yönümlü olmaq.

Vəzifə öhdəlikləri:

·  Mebel məhsullarının peşəkar təqdimatını və satışını həyata keçirmək.

·  Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, uyğun məhsullar təklif etmək və satışın nəticələnməsini təmin etmək.

·  Satış prosesini və sifarişləri sonadək izləmək, müştəri məmnuniyyətini qorumaq.

·  Satış hədəflərinin yerinə yetirilməsinə və ümumi satış nəticələrinin artırılmasına töhfə vermək.

·  Bilik və təcrübəsini komanda yoldaşları ilə bölüşmək, satış heyətinin komanda şəklində işləməsinə dəstək olmaq.

·  Mağazanın vizual standartlarına və daxili iş qaydalarına riayət etmək.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar