SKO Student Academy
Satış üzrə Konsultant (Xaricdə Təhsil)
Vakansiya haqqında
Vakansiya: Satış üzrə Konsultant (Xaricdə Təhsil)
Şirkət: SKO Student
Ünvan: Bakı şəhəri, Çinar Park Biznes Mərkəzi
İş qrafiki: Həftədə 5 tam iş günü + Şənbə günü (Yarım iş günü)
Maaş: Fix Maaş + Bonus (Yüksək qazanc imkanı)
İşin Təsviri:
Daxil olan müştəri sorğularını cavablandıracaq, tələbə və valideynlərlə peşəkar kommunikasiya quraraq satış prosesini tamamlayacaq Satış Konsultantları axtarırıq. Vakansiya üzrə əsas fokus aktiv satış və müqavilələrin bağlanmasıdır.
Əsas Öhdəliklər:
- Şirkət tərəfindən hər gün reklamdan gələn yeni müştərilərə vaxtında zəng etmək və məlumat vermək;
- Ofis daxilində potensial müştərilərlə görüşlər keçirmək, onlara uyğun təhsil istiqamətlərini (Avropa, Çin, Amerika, Kanada və s.) təqdim etmək;
- Müştərilərin etirazları ilə peşəkar şəkildə işləmək və xidmət müqaviləsinin bağlanmasını təmin etmək;
- Şirkətin satış hədəflərini vaxtında yerinə yetirmək.
Namizədə dair tələblər:
- Satış sektorunda (Xaricdə təhsil, dil kursları, turizm, bank/sığorta və s.) minimum 1 il uğurlu iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl, aydın və inandırıcı danışıq qabiliyyəti (Rus və ya İngilis dili bilikləri üstünlükdür);
- Yüksək kommunikasiya bacarığı, müştəri psixologiyasını anlama və satışı bağlamaq xarakteri;
- Komandada işləmək bacarığı və yüksək öyrənmə sürəti (Xaricdə təhsil proqramları işə qəbuldan sonra daxili treninqlərlə öyrədiləcək).
Biz nə təklif edirik?
- Hazır Müştəri Axını: Soyuq zənglər yoxdur, şirkət sizi hər gün reklamdan gələn real və isti müştəri bazası ilə təmin edir;
- Yüksək satış performansı üçün cəlbedici bonus sistemi;
- Müasir və rahat ofis mühiti (Çınar Park Biznes Mərkəzi).
Müraciət qaydası:
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində "Satış Konsultantı" qeyd edərək [email protected] elektron poçt &uum
Oxşar vakansiyalar
Mağaza satıcısı
Minimix Market • Bakı
Tire Brand Manager
Tegeta Motors Baku • Bakı
Dağıtım üzrə Satış Müdiri
Super Toys • Bakı
Satış təmsilçisi
25 PLAZA • Bakı
Satış meneceri
"Nant-Group" MMC • Bakı
Korporativ satış üzrə Mütəxəssis
HR Port • Bakı